"ABŞ-nin "Sülh planı" reallaşmır..." - Politoloq
"ABŞ prezidenti Donald Tramp tərəfindən irəli sürülmüş, Ukraynanın faktiki kapitulyasiyasına hesablanan “sülh planı” qəbul edilmədi. Hətta D. Tramp özü də geri addım atmalı oldu və bildirdi ki, bu sonuncu plan deyil və yeni variantlar da mümkündür. ABŞ Dövlət katibi M.Rubionun açıqlaması isə vəziyyətə tam aydınlıq gətirdi: onun sözlərinə görə, həmin planın mətnini Moskva hazırlayaraq Vaşinqtona təqdim etmişdi. Bu açıqlama göstərdi ki, ABŞ administrasiyası bundan sonra belə sənədlərin arxasında dayanmaq gücündə deyil".
Bunu politoloq Məhəmməd Əsədullazadə deyib.
Onun sözlərinə görə, artıq, ABŞ mövcud sülh planından geri çəkildi:
"Avropa liderlərinin prinsipial mövqeyi və Ukrayna prezidentinin diplomatik çevikliyi Kremlin maraqlarına uyğun təhlükəli mexanizmin reallaşmasını blokladı. Cenevrədə Avropa, ABŞ və Ukrayna nümayəndələrinin iştirakı ilə keçirilən görüş müsbət dinamika göstərdi və diplomatik koordinasiyanın gücləndiyini təsdiqlədi. Bu baxımdan, gələn həftə Ukrayna üçün gözlənilən risklər neytrallaşdırılıb.
Halbuki, noyabrın 27-də Tramp Rusiyanın hazırladığı həmin planı Zelenskidən imzalamasını tələb etməyi nəzərdə tuturdu. Lakin hadisələrin gedişatı bizim əvvəlcədən dediyimiz kimi oldu: bir neçə gündür televiziya və müsahibələrdə vurğulayırdım ki, Trampın “sülh planı” qəbul edilməyəcək. Rusiya yönümlü bəzi şəxslərin televiziya ekranlarında göstərdikləri sevinclər isə özünü doğrultmadı.
D. Tramp son açıqlamasında qeyd etdi ki, ABŞ silah tədarükünü davam etdirir, NATO maliyyə dəstəyini verir və Avropa İttifaqının hazırladığı sülh planı mövcuddur. ABŞ bu planı dəstəkləyəcək və prosesin istiqaməti Avropa ilə koordinasiya çərçivəsində müəyyənləşəcək. Hazırda top Moskvadadır. Əgər V. Putin yeni planla razılaşmasa, müharibənin təsiri ilk növbədə Rusiyanın daxilində – Moskvada hiss olunacaq.
Qeyd etmək lazımdır ki, Putinin təqdim etdiyi “sülh planı” onun müharibəni bitirmək niyyətinin yarandığını göstərir. Kreml ciddi dilemma qarşısındadır: ya Qərbin şərtlərini nəzərə alan kompromis, ya da müharibənin dərinləşməsi. Avropa İttifaqı 24 bəndlik atəşkəs sənədi hazırlayıb. ABŞ Avropa İttifaqının bu sənədi ilə razılaşmalı olacaq.
Nəticə etibarilə, həm Avropanın vahid mövqeyi, həm də Ukraynanın diplomatik dözümlülüyü Tramp–Putin xətti üzrə irəli sürülən planın tam fiaskoya uğramasına səbəb oldu".
Vasif ƏLİHÜSEYN
Digər Xəbərlər
24 Noyabr 2025 11:36
"Türk Dövlətləri Təşkilatı çərçivəsində çoxşaxəli əməkdaşlıqlar var" - Hikmət Hacıyev
24 Noyabr 2025 11:34
"Türk dövlətlərinin artan potensialı çevik mexanizmlərin yaradılmasını zəruri edir" - Prezident
24 Noyabr 2025 11:21
İlham Əliyev forum iştirakçılarına müraciət etdi
24 Noyabr 2025 09:28
Azərbaycan hərbçilərini Qəzzaya göndərməyəcək
22 Noyabr 2025 18:05
Bakıda "Sülh Körpüsü" Təşəbbüsünün növbəti görüşü keçirilib
22 Noyabr 2025 14:00
Prezident Vahid Əzizi təltif etdi
22 Noyabr 2025 11:19
Ukraynanı Rusiyanin caynaqlarına atan ölkələr, hazır olun - Hərbi ekspert
21 Noyabr 2025 18:07


Bakı -°C

