"Türk Dövlətləri Təşkilatı çərçivəsində çoxşaxəli əməkdaşlıqlar var" - Hikmət Hacıyev
Türk Dövlətləri Təşkilatı (TDT) çərçivəsində çoxşaxəli əməkdaşlıqlar var.
Adalet.az xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Türk Dövlətləri Təşkilatına üzv ölkələrinin QHT-lərinin Həmrəylik Forumunda çıxışı zamanı deyib.
Onun sözlərinə görə, bu ailə güclənir, möhkəmlənir və həmrəylik daha da artır:
"TDT çərçivəsində bizim çoxşaxəli əməkdaşlığımız var. 34 istiqamət üzrə dövlət təşkilatlarını bir araya gətirən müxtəlif formatlar mövcuddur, lakin qeyri-hökumət təşkilatlarını birləşdirən belə bir format indiyədək olmamışdı. Bu gün böyük məmnuniyyətlə deyə bilərik ki, türk dünyasını bir araya gətirən, insanlararası təmasların vacib tərkibi və aparıcı qüvvəsi olan qeyri-hökumət təşkilatları, sivil vətəndaş cəmiyyəti təşkilatları ilə birlikdə bu formatın əsası yaradılır".
Qeyd edək ki, bu gün Bakıda – "Gülüstan" sarayında Türk Dövlətləri Təşkilatına üzv ölkələrin qeyri-hökumət təşkilatlarının həmrəylik forumunun rəsmi açılış mərasimi baş tutub. Forumda Azərbaycan, Türkiyə, Özbəkistan, Qazaxıstan, Qırğızıstan, Türkmənistan, Macarıstan və Şimali Kipr Türk Respublikasından 500 nəfərdən çox vətəndaş cəmiyyəti təmsilçisi iştirak edir.
Digər Xəbərlər
24 Noyabr 2025 11:34
"Türk dövlətlərinin artan potensialı çevik mexanizmlərin yaradılmasını zəruri edir" - Prezident
24 Noyabr 2025 11:21
İlham Əliyev forum iştirakçılarına müraciət etdi
24 Noyabr 2025 10:53
"ABŞ-nin "Sülh planı" reallaşmır..." - Politoloq
24 Noyabr 2025 09:28
Azərbaycan hərbçilərini Qəzzaya göndərməyəcək
22 Noyabr 2025 18:05
Bakıda "Sülh Körpüsü" Təşəbbüsünün növbəti görüşü keçirilib
22 Noyabr 2025 14:00
Prezident Vahid Əzizi təltif etdi
22 Noyabr 2025 11:19
Ukraynanı Rusiyanin caynaqlarına atan ölkələr, hazır olun - Hərbi ekspert
21 Noyabr 2025 18:07


Bakı -°C

