Ukraynanı Rusiyanin caynaqlarına atan ölkələr, hazır olun - Hərbi ekspert
"Hazırda dost Ukrayna xalqı ağır bir vəziyyətlə qarşılaşıb. Qərb ölkələrinin maraqları naminə Rusiya ilə uzun müddət savaşan Ukrayna xalqı ABŞ və Kremlin təzyiqlərinə tab gətirə bilmir. Ukrayna ya yeni əraziləri, ya da da ABŞ-ni müttəfiq olaraq itirmək arasında seçim etməlidir. ABŞ-ni müttəfiq olaraq itirmək Rusiyanın daha çox ərazilər əldə etməsini və Ukraynanın daha ağır şərtlərlə Rusiyaya təslim olmasını sərtləndirəcək".
Adalet.az xəbər verir ki, bunu hərbi ekspert Ədalət Verdiyev deyib.
Onun sözlərinə görə, bütün bunlar bir daha göstərir ki, müharibə üçün güc və imkanları düzgün dəyərləndirmək lazımdır:
"Kiminlə, nə vaxt, hansı qüvvə ilə və nə üçün savaşırsan? sualına dəqiq və konkret cavab tapılmalıdır. Başqa ölkələr naminə Rusiya kimi imperialist və zalim ölkə ilə savaşmaq Ukrayna kimi gözəl bir ölkəni məğlub və darmadağın bir vəziyyətə saldı. Avropa və NATO ölkələri 4 ildir ki, Ukraynaya qoşun göndərməyə söz verdilər, amma göndərmədilər. Bəziləri bir az maliyə və silah dəstəyi verməklə Rusiyanı Ukrayna vasitəsilə tukəndirnəyə çalışdılar. Nəticədə isə bu gün Ukrayna məğlubiyyət və ya daha ağır məğlubiyyət arasında təcili seçim etməlidir.
Bir daha şahid oluruq ki, siyasi liderlərin təcrübəsiz və populist davranışları dəhşətli və çox ağır nəticələrə gətirib çıxarır. Ukrayna bu müharibədə haqlı tərəf olmasına baxmayaraq dünyanın gözü qarşısında Rusiyaya təslim edilir. Digər tərəfdən isə Ukraynadakı müharibə alovunda "əlini qızdıran və cibini dolduran" namərd məmurlar və ləyaqətsiz generallar bu məğlubiyyətə böyük töhfə verdilər.
Zelenskinin "Ukrayna sülh istəyir, amma azadlıq, ləyaqət və ədalət olmayan bir sülhü qəbul etməyəcək" bəyanatı isə heç nəyi dəyişməyəcək. Bu bəyanat xalqı ağır şərtlərlə barışmasına hesablanıb. Ukrayna bu sülhü məğlub ölkənin kapitulasiya aktı kimi imzalayacaq ki, daha böyük itkilərdən yayına bilsin.
Ukraynanı Rusiyanin caynaqlarına atan ölkələr, hazır olun, gələn ilin yayından Kreml sizi daha dərindən narahat etməyə başlayacaq. Kreml sursat itkilərini növbəti iki ildə tamamlayacaq, bundan sonra Avropa rus raketlərinin səslərini daha yaxından eşidəcək, qoca qitənin yuxusu isə ərşə çəkiləcək".
Vasif ƏLİHÜSEYN
Digər Xəbərlər
10 Yanvar 2026 23:01
Azərbaycanın “yaşıl enerji” yolunda mühüm addımı
10 Yanvar 2026 16:48
Azərbaycanın enerji təhlükəsizliyi və yaşıl inkişaf strategiyasının yeni mərhələsi başlayır
10 Yanvar 2026 13:07
Azərbaycan regional təmiz enerji qovşağına çevrilir
10 Yanvar 2026 09:57
Ukrayna humanitar yardımlara görə Azərbaycana təşəkkür etdi
09 Yanvar 2026 16:16
Prezidentdən Anar İsgəndərovla bağlı SƏRƏNCAM
09 Yanvar 2026 11:47
“İrandakı rejimin budəfəki etirazları da zor gücünə yatırtması ehtimalı var...”
09 Yanvar 2026 08:31
İranda rejim çökərsə, nə baş verəcək? - Politoloqun şərhi
08 Yanvar 2026 14:03


Bakı -°C

