Bəzi vergi ödəyicilərinin aylıq məcmu gəlirinin hesablanması qaydası müəyyən edildi

Nazirlər Kabineti 16 noyabr 2016-cı il tarixli qərarı ilə təsdiq edilmiş “İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına verilən ipoteka krediti, o cümlədən güzəştli ipoteka krediti üzrə borcalanın (borcalanların) aylıq məcmu gəlirinin hesablanması Qaydası”nda dəyişiklik edib.
Adalet.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.
Qərara əsasən, bundan sonra Vergi Məcəlləsinin 220.10-cu maddəsində nəzərdə tutulan fəaliyyət növləri ilə fərdi qaydada (muzdlu işçi cəlb etmədən) məşğul olan sadələşdirilmiş vergi ödəyicilərinin aylıq məcmu gəliri Bakı, Gəncə, Sumqayıt və Xırdalan şəhərlərində minimum aylıq əməkhaqqının 3, digər rayon (şəhər) və qəsəbələrdə (kəndlərdə) isə 2 misli miqdarında hesablanacaq.
Digər Xəbərlər

Yeni təyin edilən rektor kimdir? - DOSYE

Prezident bu instituta rektor TƏYİN ETDİ

Azərbaycanda yeni orfoqrafiya lüğəti hazırlanır

Kamran Əliyev Nərimanovda vətəndaşları qəbul edəcək

XİN rəhbərliyi Fəxri xiyabanı ziyarət etdi

"AzerGold"un fəaliyyətinin 9-cu ili tamam oldu - VİDEO

“Tərlan - 2025” təlimində iştirak edəcək Qazaxıstan hərbçiləri ölkəmizə gəldilər
