Binəli Yıldırım: "Azərbaycanın tamhüquqlu iştirakçı kimi qəbul edilməsi Türk dünyası üçün tarixi addımdır"
"2025-ci il noyabrın 16-da Daşkənddə keçirilən Mərkəzi Asiya Dövlət Başçılarının 7-ci Məşvərət Görüşündə Azərbaycanın tamhüquqlu iştirakçı kimi qəbul edilməsi regional əməkdaşlığın Xəzərin o tayına keçərək Türk dünyası istiqamətində yeni mərhələyə yüksəldiyini göstərən tarixi bir addımdır".
Adalet.az xəbər verir ki, bu barədə Türk Dövlətləri Təşkilatının Ağsaqqallar Şurasının sədri Binəli Yıldırım özünün "Facebook" sosial şəbəkə hesabında paylaşım edib.
Onun sözlərinə görə, bu inkişaf Orta Dəhlizin və Zəngəzur xəttinin güclənməsini təmin etməklə yanaşı, nəqliyyatla birlikdə rabitə dəhlizləri, rəqəmsal infrastruktur və kibertəhlükəsizlik sahələrində daha sıx inteqrasiyanı mümkün edərək Türk dünyasının gələcəyə yönəlik strateji bütövlüyünü möhkəmləndirir.
"Qardaşlığımızı daha güclü regional memarlığa çevirən bu addımı məmnuniyyətlə qarşılayıram", - deyə Binəli Yıldırım yazıb.
Digər Xəbərlər
10 Dekabr 2025 19:42
Bakıda Azərbaycan-Rusiya siyasi məsləhətləşmələri keçirildi
10 Dekabr 2025 19:32
Konqresə Azərbaycanla bağlı qanun layihəsi təqdim olundu
10 Dekabr 2025 19:00
Ceyhun Bayramov Macarıstana getdi
10 Dekabr 2025 18:52
İlham Əliyev Donald Trampa TƏŞƏKKÜR ETDİ
10 Dekabr 2025 18:46
Hikmət Hacıyev Qaluzinlə görüşdü
10 Dekabr 2025 17:30
Əmirbəyov Brüsseldə Aİ-Ermənistan arasında sənədlə bağlı Azərbaycanın narahatlığını çatdırıb
10 Dekabr 2025 16:28
Zəngəzur dəhlizinin inşasına başlanacağı tarix AÇIQLANDI
10 Dekabr 2025 15:19


Bakı -°C

