"Bir çox ölkələr vətəndaşlarını Azərbaycanda ali təhsil almağa təşviq edirlər" - Nazir

"Hökumətlərarası tələbə mübadiləsi proqramları çərçivəsində tələbə sayının artırılması hədəflənib. Əvvəlki dövrlərdə əsas göstərici xaricə tələbə göndərmək olsa da, hazırda Azərbaycanda təhsil alan xarici tələbələrin sayının artırılmasına da xüsusi diqqət yetirilir".
Adalet.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev deyib. Onun sözlərinə görə, son illərdə Azərbaycanda təhsil alan xarici tələbələrin sayı nəzərəçarpacaq dərəcədə artıb:
"Hazırda bu rəqəm təxminən 11 mindir və yaxın gələcəkdə 21 minə çatdırılması planlaşdırılır. Bu, ali təhsil müəssisələrində mədəni müxtəlifliyin artırılması və Azərbaycanın təhsil təcrübəsinin dünyaya tanıdılması üçün mühüm addımdır".
Nazir qeyd edib ki, Azərbaycan ali təhsil müəssisələrinin məzunları hazırda dünyanın müxtəlif ölkələrində mühüm vəzifələrdə çalışırlar: “Bu ənənəyə söykənərək, gələcəkdə daha çox tələbənin yüksəksəviyyəli təhsil alması və beynəlxalq əməkdaşlığın genişlənməsi hədəflənir. COP29 çərçivəsində keçirilmiş görüşlərdə dünya ölkələrinin Azərbaycan ali təhsil müəssisələri ilə əməkdaşlıq etməyə maraqlı olduqları müşahidə edilib. Hazırda bu istiqamətdə sıx iş aparılır və bir çox ölkələr öz vətəndaşlarını Azərbaycanda ali təhsil almağa təşviq edirlər”.
Digər Xəbərlər

I və IV ixtisas qrupları üzrə qəbul imtahanı keçirilib - YENİLƏNİB

Magistraturaya qəbul imtahanının yekun nəticələri elan olundu

Təkrar ali və orta ixtisas təhsili üzrə elektron sənəd qəbulu aparılır

TİKA azərbaycanlı tələbələrə “Yaşıl Keçid” təlimi keçib -FOTOLAR

“Kaspi Kids” uşaq bağçasında şiddət - VİDEO

Bu siniflər də liseylərə imtahan verə biləcək

Taksi işləmək istəyən sürücülər bu tarixdə imtahan verəcək
