"Bir qurtum su içmədən çətin suallara üç saatdan çox cavab verə bilir" - Pakistanlı redaktor İlham Əliyev haqda

"Pakistan Daily" qəzetinin redaktoru Hamza Azhar Salam "X" hesabında Azərbaycan Prezidenti İlham Əliyev haqqında paylaşım edib.
Adalet.az xəbər verir ki, jurnalist ölkə başçısı ilə çəkilmiş fotosunu paylaşaraq, Azərbaycan lideri barəsində diqqətini çəkən doqquz məqamı qeyd edib.
Paylaşımı təqdim edirik:
"Azərbaycan Prezidenti İlham Əliyev haqqında diqqətimi çəkən doqquz məqam:
1. İngilis, türk, Azərbaycan, fransız və rus dillərində danışa bilir;
2. Bir qurtum su içmədən çətin suallara üç saatdan çox cavab verə bilir;
3. Bir çox müxtəlif layihələrin maliyyə rəqəmlərini əzbər söyləyə bilir;
4. O, müxtəlif ölkələrin media ekosistemlərindən xəbərdardır;
5. O, jurnalistlər üçün bir çox Qərb liderlərindən daha əlçatandır;
6. Bəzən söhbətlərinə/cavablarına yumor əlavə edir;
7. Partiya iclaslarında onun ritorikası sülhə meyilli görünür, lakin lider kimi o, istənilən ehtimala hazırdır;
8. Müttəfiqlərinə necə hörmət etməyi və düşmənlərini çəkindirməyi bilir;
9. Açıqsözlüdür, sözü dolandırmaz və onun yüksək iş etik standartlarını anlayan istedadlı, çalışqan komanda ilə işləməkdən həzz alır".
Digər Xəbərlər

Şimali Makedoniya Prezidentinin Azərbaycana səfəri başa çatdı - FOTO

"İki müraciət milli təhlükəsizliyimizə zidd olduğu üçün baxılmayacaq" - Əli Əsədov

Valyuta ehtiyatlarımız 72 milyard dollara çatıb - Spiker

Hərbi xidmətin müddətinin azaldılması ilə bağlı təklif qəbul olunmayıb

Milli Məclisin iclası başladı: Hökümət hesabat verəcək

Zakir Həsənov “Baykar” şirkətinin baş direktoru ilə görüşüb

Britaniya Azərbaycana ilk dəfə müdafiə attaşesi təyin etdi
