Birdəfəlik telefon və noutbuk xəbərdarlığı yalnız Azərbaycanla bağlıdır? - AÇIQLAMA
"COP29-la bağlı yayılan məlumatlar içərisində Azərbaycana gələn nümayəndələrə yalnız "birdəfəlik telefonlar və noutbuklar verilməsi" məsələsi diqqət çəkir. Birdəfəlik telefon və noutbuklar təhlükəsizlik məqsədilə istifadə edilir, qısa müddətlik- bir neçə zənglər üçün nəzərdə tutulur, məlumat sızmasını əngəlləyir, internetə çıxış olmur, yalnız SMS funksiya aktiv olur, istifadəçi məlumatları telefonda saxlanılmır, avadanlıq sonradan məhv edilir".
Adalet.az xəbər verir ki, İKT üzrə ekspert Osman Gündüz sosial şəbəkə hesabında bildirib. Onun sözlərinə görə, bəzi ölkələr və beynəlxalq qurumların COP29-da iştirak edəcək nümayəndələrinə təhlükəsizlik məqsədilə bu tip avadanlıqlar təqdim etdikləri bildirilir:
"Maraqlıdır ki, xaricdəki müəyyən dairələr bunun məhz Azərbaycana qarşı edildiyini qabardırlar. Azərbaycana səfərin təhlükəli ola biləcəyi ilə bağlı xof yaratmaq istəyirlər. Guya, burada hansıa bir Conun şəxsi telefonuna kiber müdaxilə ola bilər və məlumatları ələ keçirilə bilər. Əslində isə əksəriyyət ölkələrdə və beynəlxalq qurumlarda təhlükəsizlik məqsədilə belə bir praktikadan istifadə edilir. Əməkdaşlarının, yaxud müxtəlif olimpiada və beynəlxalq tədbir iştirakçılarının kibertəhlükəsizliyinin qoruması üçün bu tip addımlar atılır. Yəni, yalnız rəsmi şəxslər üçün deyil, adi vətəndaşlar üçün də belə hallar olur və bu, yalnız Azərbaycana səfər edənlər üçün deyil. Bir çox xarici ölkələrə səfərələrdə belə praktika normal hal hesab olunur. Səksən minlik bir tədbirə qatılan bəzi informasiya daşıyıcıları üçün təhlükəsizlik xidmətləri tərəfindən belə tövsiyyələrin verilməsi ağlabatandır. İnformasiya təhlükəsizliyi ilə bağlı risklər hər yerdə var. Bunun yalnız Azərbaycanla bağlı olmasını qabartmaq, yumşaq desəm doğru bir hal deyil, qarayaxmadır".
Ekspert xatırladıb ki, çox sayda ölkələrin təhlükəsizlik xidmətləri müxtəlif ölkələrdə keçirilən hansısa olimpiadalara gedən idmançılarına da belə tövsiyyələr verirlər: "İstisna etmirəm ki, bizim xüsusi xidmət qurumları da bəzi xarici tədbirlərdə iştirak edən dövlət rəsmilərimiz, əhəmiyyətli informasiya daşıyıcısı ola biləcək vətəndaşlarımız üçün də bu tip tövsiyyələr verirlər. Yəni, belə praktikanın olmaması təəccüblü olardı".
Digər Xəbərlər
18 Noyabr 2025 16:55
ETX-dən saytlarda yaranan problemlə bağlı açıqlama
17 Noyabr 2025 17:01
"Samsung" istifadəçiləri təbil çalır - Telefonlarda onları izləyən proqram var?
14 Noyabr 2025 18:55
“9990” və “7770” nömrələri ilə bağlı yayılan iddialara DİN-dən reaksiya
14 Noyabr 2025 16:23
Lotereya qalibi lüks avtomobilinin açarını təhvil aldı!
13 Noyabr 2025 10:21
Kiberhücumlar daha çox bu proqramlardan olub
07 Noyabr 2025 17:00
Bakcell abunəçisi 1 AZN-lə lüks avtomobil sahibi oldu!
04 Noyabr 2025 15:20
Tanımadığınız nömrələrdən gələn linkləri açmayın! - ETX-dan xəbərdarlıq
03 Noyabr 2025 21:00


Bakı -°C

