Birinci sinfə qəbul üzrə prioritet məktəb seçimi başlayır
Bu gündən dövlət ümumi təhsil müəssisələrinin I siniflərinə qəbul prosesi çərçivəsində bir sıra mərhələlərə start verilir.
Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən (MÜTDA) Adalet.az-a verilən məlumata görə, 17 iyun saat 11:00-dan 25 iyun saat 18:00-dək rus bölməsi üzrə prioritet hüququ olan uşaqlar üçün prioritet əsasında məktəb seçimi, prioritet hüququ olmayan uşaqlar üçün isə müsabiqəyə qəbul prosesi həyata keçiriləcək.
Bununla yanaşı, 17 iyun saat 11:00-dan etibarən dövlət ümumi təhsil müəssisələrinin tədrisi digər dillərdə aparılan I siniflərinə qəbul məqsədilə müsahibədən uğurla keçən uşaqların valideynləri məktəb və müəllim seçimi ilə bağlı sorğularını yerləşdirə biləcəklər.
Həmçinin 17 iyun saat 11:00-dan 17 iyul saat 11:00-dək Abşeron rayonu, Bakı, Sumqayıt, Gəncə və Naxçıvan şəhərində üstünlük hüququ tətbiq edilən ümumi təhsil müəssisələrində prioritet əsasında məktəb və müəllim seçimi aparılacaq.
Eyni zamanda, 17 iyun saat 11:00-dan 25 iyun saat 18:00-dək Bakı Avropa Liseyi, Respublika İncəsənət gimnaziyası və Bülbül adına orta ixtisas musiqi məktəbinin rus bölməsi üzrə I siniflərinə qəbul üçün müsabiqəyə qeydiyyat da açıq olacaq.
Digər Xəbərlər
20 Iyul 2026 20:37
“Bu 20 yeri təsadüfi şəkildə kodlaşdırmaq olmaz” - DİM sədri
20 Iyul 2026 17:31
Sabah məktəbəhazırlıq qrupları üzrə məktəb seçiminə start veriləcək
20 Iyul 2026 12:12
Lisey və gimnaziyalara seçimlərin nəticələri açıqlandı
20 Iyul 2026 11:30
“Dil bilmək insanın peşəkar səviyyəsini avtomatik müəyyən etmir”
17 Iyul 2026 17:00
Məktəbəhazırlıq qrupları üzrə məktəb seçiminə başlanılır
17 Iyul 2026 16:48
II və III ixtisas qrupları üzrə - NƏTİCƏLƏR
17 Iyul 2026 10:46
“Övladlarınız sizə hər nə qədər bal topladıqlarını desələr belə...”
17 Iyul 2026 10:45


Bakı -°C

