14 Iyul 2025 09:03
83
İQTİSADİYYAT

“Bitcoin”in qiyməti tarixi maksimumu yenilədi

Kriptovalyuta bazarında lider olan “Bitcoin”in qiyməti tarixi maksimumu yeniləyib.

Adalet.az xəbər verir ki, bu barədə “Binance” platformasının göstəricilərində qeyd olunub.

Məlumata görə, “Bitcoin”in qiyməti120 min ABŞ dollarını ötüb.  Belə ki, “Bitcoin”in qiyməti 121 014 dollar səviyyəsinə yüksəlib. Bu isə 2,82 faiz artım deməkdir.