"Biz öz mövqeyimizi konkret olaraq göstərməliyik" - Komitə sədri

"Biz çox həssas məsələlərlə yanaşı öz mövqeyimizi konkret olaraq göstərməliyik. Qlobal Cənub yüksəlir, inkişaf edir, amma problemlər də mövcuddur. Xüsusilə, Qərb-Şərq və Şimal-Cənub münasibətlərində. Yaddan çıxarmaq lazım deyil ki, Azərbaycan bu istiqamətlərin mərkəzində dayanan məmləkətdir".
Adalet.az xəbər verir ki, bunu Milli Məclisin Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin genişləndirilmiş iclasında “Qlobal Cənubun yüksəlişi və Qərb: Azərbaycanın rolu, əməkdaşlıq və inkişaf üçün yeni imkanlar” mövzusunda müzakirədə komitə sədri Səməd Seyidov deyib.
"Bizim siyasətimiz hər bir ölkə ilə yüksək səviyyədə münasibətlərimizi təşkil etməkdir. Nə edəsən ki, biz təşkil etmək istədiyimiz partnyorlar öz aralarında problemlər yaradıb, hansısa ortaq məxrəcə gələ bilmirlər", - deyə komitə sədri bildirib.
Digər Xəbərlər

"Rusiya Azərbaycana minnətdardır" - Kreml

İsrail təkbaşına İranda istəyinə nail ola bilməz... - Səxavət Məmməd yazır

Kahramanmaraşda “Azərbaycan” məhəlləsinin açılacağı tarix məlum olub

Azərbaycandan İsrail rəhbərliyinə mesaj

İlham Əliyev Afrim Qaşini qəbul etdi - FOTOLAR

XİN: İran və İsraildə ölən və yaralananlar arasında Azərbaycan vətəndaşları var?

İrandan 41 Azərbaycan vətəndaşı təxliyə olundu - Rəsmi
