- Bizə yazırlar -
Sumqayıt şəhər sakini Səfullayev Xanlar Əliheydər oğlu 7 nəfər müəllimin adından Azərbaycan Respublikasının deputatı Aqil Abbasa müraciət edərək yazır:
«Sumqayıt Evdə Fərdi Təhsil məktəbi 1994-cü ildən sağlamlıq imkanları məhdud uşaqların təhsili ilə bağlı fəaliyyət göstərir. Qanunvericiliyə görə, sağlamlıq imkanları məhdud uşaqlar evdə təhsilə cəlb olunur. Məktəbimizin keyfiyyət göstəricisi çox yüksəkdir. Təkcə bu il məktəbimizin iki məzunu fərqlənmə attestatı almışlar. Buna baxmayaraq, bir aydır ki, məktəbin direktoru Vladim İbrahimov heç bir səbəb göstərmədən məktəbin bağlandığını bildirir və bizdən başqa məktəbə keçməyimizi tələb edir. razılaşmayanlara psixoloji təsir göstərir, Əmək Məcəlləsinin 70-ci maddəsinin «c» bəndi ilə işdən çıxardacağını deyir. Bununla bağlı Abşeron-Xızı Regional Təhsil İdarəsinə, Elm və Təhsil Nazirliyinə etdiyimiz müraciətlər nəticəsiz qalmışdır. Ona görə də öz adımdan və bu ərizəni imzalayan müəllimlər adından 30 ildən çox fəaliyyət göstərən Sumqayıt Evdə Fərdi Təhsil məktəbinin heç bir əsas göstərilmədən, Nazirlər Kabinetinin qərarı olmadan bağlanması ilə bağlı yaranmış problemə diqqət göstərmənizi xahiş edirəm».
7 müəllimin imzası.
REDAKSİYADAN: Səfullayev Xanlar Əliheydər oğlunun ərizəsi Elm və Təhsil naziri cənab Emin Əmrullayevə göndərilib. Ümid edirik ki, cənab nazir müəllimlərin problemlərinin həll olunması üçün müvafiq göstəriş verəcək. İnanırıq ki, 30 ilə yaxın fəaliyyət göstərən müəllimlərin ən azından başqa təhsil ocaqlarında işlə təmin olunması məsələsi həllini tapacaq.
Digər Xəbərlər
27 Iyun 2026 10:16
FHN hava şəraitinin kəskin dəyişməsi ilə bağlı xəbərdarlıq etdi
27 Iyun 2026 10:11
DYP yağışlı hava ilə bağlı sürücülərə müraciət etdi
26 Iyun 2026 22:15
Mürsəl İbrahimov: “Adam var, tər tökür, xaricdə oxuyur, o birisi də burada gəzir…” - VİDEO
26 Iyun 2026 21:40
Xidmət rəisi Mürsəl İbrahimov “neqodnı” olan vətəndaşlara çağırış etdi
26 Iyun 2026 21:30
Əsgərlik müddətinin azaldılması və ödənişli hərbi xidmətlə bağlı rəsmi açıqlama
26 Iyun 2026 15:10
Bakıya güclü leysan yağacaq - Xəbərdarlıq
26 Iyun 2026 12:20
Bakıda hərbçilərin yürüşü keçirilib - YENİLƏNİB + FOTO/VİDEO
26 Iyun 2026 11:13


Bakı -°C

