"Blogerlik anlayışı qanunvericiliyə daxil edilməlidir" - Bahar Muradova

Blogerlik anlayışı qanunvericiliyə daxil edilməlidir. Bu sahədə hüquqi çərçivə müəyyən edilməyincə imkanlar da aydın olmayacaq.
Adalet.az xəbər verir ki, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova “Ailə dəyərləri, qadın və uşaq hüquqlarının təbliği üzrə ən fəal bloger” mövzusuna həsr olunmuş II Ümumrespublika Bloger müsabiqəsinin nəticələri ilə bağlı keçirilən tədbirdə deyib.
B.Muradova qeyd edib ki, blogerlik anlayışının qanunvericiliyə daxil edilməsi istiqamətində müzakirələr aparılmalıdır.
“Hesab edirəm ki, bizim tərəfimizdən işlək mexanizmlərdən biri də blogerlik fəaliyyətidir. Yaxşı fəaliyyət istiqamətlərinin yaranması üçün siz qəbul olunmalısınız. Adınız qanunvericiliyə daxil edilməlidir ki, hədəfinizi biləsiniz və o istiqamətdə gündəlik stereotiplərə qarşı mübarizə aparasınız. Siz mübarizliyinizi, cəmiyyətə töhfə vermək istəyinizi ortaya qoymusunuz”, - deyə B.Muradova qeyd edib.
Komitə sədri hesab edir ki, blogerlər arasında da ixtisaslaşma olmalıdır. Onlar ixtisaslaşa və koordinasiyalı şəkildə fəaliyyət göstərə bilərlər. “Biz bunun optimal yolunu tapmalıyıq”, - deyə komitə sədri vurğulayıb.
Digər Xəbərlər

Şamaxıda 15 yaşlı qız nişanlanır? - DİN araşdırır

Keniya Dövlət Prokurorluğunun Direktoru Azərbaycanda səfərdədir

Adnan Əhmədzadə haqda qərar verildi

Ruanda Prezidentinin rəsmi qarşılanma mərasimi olub - FOTOLAR

“Əsrin müqaviləsi”nin imzalanmasından 31 İL KEÇİR

Azərbaycanda Dövlət Suverenliyi Günüdür

Qatarların qarşısına 81 dəfə qəfil insan çıxdı - 7 nəfər öldü
