21 Mart 2025 21:50
162
DÜNYA

BMT Baş katibi dünya ictimaiyyətini Novruz bayramı münasibətilə təbrik edib

BMT-nin Baş katibi Antoniu Quterriş dünya ictimaiyyətini Novruz bayramı münasibətilə təbrik edib.

Adalet.az xəbər verir ki, təbrik Baş katibin “X” sosial şəbəkəsindəki səhifəsində dərc olunub.

“Novruz yeni başlanğıcları, təbiətin dirçəlişini, ümidi və yazın gəlişini simvolizə edir. Münaqişələrin, parçalanmaların və çəkişmələrin yaşandığı dünyamızda Novruz ruhu qiymətli hədiyyədir. Qoy bu Novruz hamıya sülh, cansağlığı və xoşbəxtlik gətirsin”, - o yazıb.