BMT-nin Baş katibi daha dəhşətli COVID ştammı barədə xəbərdarlıq edib
BMT-nin baş katibi Antonio Quterreş xəbərdarlıq edib ki, COVID-19-un növbəti versiyası “Omikron”dan daha dəhşətli ola bilər və dünya ictimaiyyəti pandemiya ilə mübarizə aparmaq üçün fövqəladə rejimə keçməlidir.
Baş Assambleyanın iclasında 2022-ci ildə beynəlxalq təşkilatın prioritetləri barədə danışan Quterreş, “COVID-19-a qarşı mübarizədə fövqəladə vəziyyət rejiminə keçməliyik. “Omikron” daha bir xəbərdarlıqdır. Növbəti variant daha dəhşətli ola bilər”, deyib.
BMT-nin baş katibi əlavə edib ki, virusun bütün dünyada yayılmasının dayandırılması qarşıdakı ildə də gündəmdə qalmalıdır.
Digər Xəbərlər
26 Aprel 2024 13:07
Blinken Çin lideri ilə görüşdü - YENİLƏNİB
26 Aprel 2024 12:59Rusiya NATO ölkələrinə hücum etməyəcək - Şoyqu AÇIQLADI
26 Aprel 2024 12:38Dövlət Departamentinin mətbuat katibi Baydenə görə istefa verib
26 Aprel 2024 11:51Türkiyədə 49 ölkədən hərbçilərin iştirakı ilə təlimlər başlayıb
26 Aprel 2024 10:54