adalet.az header logo
  • Bakı 7°C
  • USD 1.7
08 Dekabr 2022 10:50
137
DÜNYA

BMT: Ruslar ukraynalıları kütləvi edam edib

Rusiya müharibə başladandan bəri yüzlərlə ukraynalı mülki şəxsi edam edib.

Adalet.az xəbər verir ki, bunu BMT-nin Ukraynadakı İnsan Haqları Monitorinq Missiyasının rəhbəri Matilda Boqner deyib.

“Martın 5-dən 30-dək rus qoşunlarının nəzarətində olan Kiyev yaxınlığındakı Buça şəhərində 73 dinc sakinin öldürülməsini sənədləşdirib. Ölənlər arasında 54 kişi, 16 qadın, 2 oğlan və 1 qız var. Daha 105 iddia edilən qətl faktı təsdiqlənmə mərhələsindədir. BMT indi təkcə Rusiyanın işğalının ilk 6 həftəsində üç regionda 441 mülki şəxsin (341 kişi, 72 qadın, 20 oğlan və 8 qız) zorakılıqla öldürülməsini sənədləşdirib”,- o bildirib.

O qeyd edib ki, Ukraynanın Kiyev, Çerniqov və Sum bölgələrinin işğalı zamanı baş vermiş daha 198 qətlin təsdiqlənməsi istiqamətində işlər davam etdiyi üçün faktiki rəqəmlərin daha çox olacağı ehtimalı var:

“İşğalçılar tərəfindən edam edilən bütün qurbanların 88%-i kişi və oğlanlardır”.