Növbəti köç karvanı Sarıcalıya çatdı - YENİLƏNİB

Ağdam rayonunun Sarıcalı kəndinə yola salınan növbəti köç karvanı kəndə çatıb və açarlar təqdim edilib.
Adalet.az xəbər verir ki, Sarıcalı kəndinə daha 39 ailə (153 nəfər), o cümlədən: Bakı şəhərindən 22 ailə (85 nəfər); Bərdə rayonundan 4 ailə (18 nəfər); Biləsuvar rayonundan 2 ailə (9 nəfər); Ağdam rayonundan 3 ailə (8 nəfər); Ağcabədi rayonundan 2 ailə (8 nəfər); Yevlax şəhərindən 2 ailə (8 nəfər); Abşeron rayonundan 1 ailə (6 nəfər); İmişli rayonundan 1 ailə (6 nəfər); Ucar rayonundan 1 ailə (3 nəfər); Mingəçevir şəhərindən 1 ailə (2 nəfər) yerləşdirilib.
Beləliklə, bugünkü köç də nəzərə alınmaqla Sarıcalı kəndinə köçürülən ailələrin ümumi sayı 76-ya (299 nəfər) çatıb.
***
Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışa dair I Dövlət Proqramına əsasən, Ağdam rayonunun yenidən qurulan Sarıcalı kəndinə respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət növbəti köç karvanı Bakı şəhərinin Qaradağ rayonundan yola salınıb.
Adalet.az xəbər verir ki, bu mərhələdə Ağdam rayonunun yenidən qurulan Sarıcalı kəndinə 39 ailə - 153 nəfər köçürülüb.
Doğma yurda qayıdan sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkür ediblər. Onlar, həmçinin torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət diləyiblər.
Qeyd edək ki, hazırda Qarabağda və Şərqi Zəngəzurda, ora köçürülən keçmiş məcburi köçkünlərlə yanaşı, bu bölgədə aparılan layihələrin icrasında çalışan, həmçinin ayrı-ayrı dövlət qurumlarının yerli bölmələrində xidməti vəzifələrini yerinə yetirən, yenidən fəaliyyətə başlamış səhiyyə, təhsil, mədəniyyət, turizm, sənaye, energetika müəssisələrində işləyən, ümumilikdə, 40 minə yaxın insan yaşayır.
Digər Xəbərlər

Azərbaycan “Osaka, Kansai Ekspo 2025” dünya sərgisində təmsil olunur - FOTOLAR

Daha 20 ailə doğma yurda qayıtdı - FOTOLAR

Bu usta tayfası ki, var...

Yağıntılı və küləkli hava şəraiti davam edir - FAKTİKİ HAVA

Azərbaycanın su anbarlarında toplanan suyun həcmi AÇIQLANDI

“Xroniki ailə münaqişələri uşaqlarda daha ciddi problemlər yarada bilər” - Psixiatr

Küləkli və yağıntılı hava müşahidə olunur - FAKTİKİ HAVA
