“Böyük Qayıdış” Proqramı çərçivəsində məcburi köçkünlər arasında sorğu layihəsinə start verilib
ADA Universitetinin İnkişaf və Diplomatiya İnstitutu (IDD) Azərbaycan Respublikasının Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi ilə əməkdaşlıq çərçivəsində “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”na uyğun olaraq məcburi köçkünlər arasında sorğu layihəsinin icrasına başlayıb.
Layihənin əsas məqsədi məcburi köçkünlərin sosial-iqtisadi və demoqrafik vəziyyətinə dair geniş məlumat bazasının formalaşdırılması, həmçinin Böyük Qayıdış Proqramı çərçivəsində həyata keçirilən tədbirlərin planlaşdırılması və qərarqəbuletmə prosesinin etibarlı məlumatlarla təmin edilməsinə töhfə verməkdir.
Sorğu çərçivəsində məcburi köçkünlərin məşğulluq vəziyyəti, peşə bacarıqları, təhsil səviyyəsi, rəqəmsal savadlılığı və elektron xidmətlərə çıxış imkanlarının qiymətləndirilməsi də nəzərdə tutulur.
Layihənin icrası çərçivəsində 30 iyun - 2 iyul tarixlərində sorğuçular üçün xüsusi təlim proqramı təşkil olunub. Təlimlər zamanı iştirakçılara layihənin məqsədi, sorğu metodologiyası, müsahibə texnikaları, etik prinsiplər, eləcə də məlumatların keyfiyyətinə nəzarət mexanizmləri ilə bağlı nəzəri və praktiki biliklər təqdim edilib. Təlimlərin əsas məqsədi sorğuçuların sahə işlərinə peşəkar hazırlığını təmin etməkdir.
Təlim mərhələsi başa çatdıqdan sonra ölkənin müxtəlif bölgələrində məcburi köçkünlərlə sorğular keçiriləcək və genişmiqyaslı məlumat toplanacaq. Toplanacaq məlumatların Böyük Qayıdış Proqramı çərçivəsində gələcək qərarların və proqramların hazırlanması üçün mühüm analitik baza rolunu oynayacağı gözlənilir.
Digər Xəbərlər
21 Avqust 2026 09:00
HƏR QAYADA BİR ŞƏHİD QANI
17 Avqust 2026 11:36
Naxçıvan MR-də icra olunan layihə başa çatdı
14 Avqust 2026 11:47
“Dənizçi” istirahət mərkəzində növbəti görüş
14 Avqust 2026 09:00
BİZİM GƏNCLƏRƏ GÜVƏNMƏK OLAR
13 Avqust 2026 11:02
Sədərəklilər TRİPP layihəsinin tezliklə icra olunacağına ümid edirlər
12 Avqust 2026 09:43
Mövzunun aktuallığı yerli ictimaiyyətin marağına səbəb oldu
07 Avqust 2026 09:00
BİZ MÖHTƏŞƏM QƏLƏBƏNİ ŞƏHİDLƏRİMİZİN QANI HESABINA QAZANDIQ
31 Iyul 2026 12:50


Bakı -°C

