Böyük Qayıdışa dair II Dövlət Proqramı hazırlanır
"2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyasının və Böyük Qayıdışa dair I Dövlət Proqramının uğurlu icrası, eləcə də onların növbəti mərhələsi ortamüddətli dövr üçün əsas çağırışlar hesab olunur. Bu gün artıq 2027-2030-cu illəri əhatə edəcək yeni Strategiya və Böyük Qayıdışa dair II Dövlət Proqramı hazırlanır".
Adalet.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında çıxışı zamanı Baş nazir Əli Əsədov deyib. Baş nazir qeyd edib ki, 2026-2029-cu illərdə dövlət xərclərinin əsas prioritet istiqamətləri aşağıdakılardır:
-Dayanıqlı iqtisadi artımın dəstəklənməsi;
-İşğaldan azad olunmuş ərazilərdə yenidənqurma, bərpa və məskunlaşdırma tədbirlərinin davam etdirilməsi;
-Müdafiə və milli təhlükəsizlik tədbirlərinin gücləndirilməsi;
-Sosial müdafiə və sosial təminat istiqamətində tədbirlərin davamlı icrası;
-Təhsilin və innovativ inkişafın dəstəklənməsi;
-Səhiyyə sisteminin müasirləşdirilməsi və tibbi xidmətlərin keyfiyyətinin yüksəldilməsi;
-Təmiz ətraf mühit və “yaşıl artım”ın təmin olunması.
Ə.Əsədov vurğulayıb ki, 2026-cı ildə icmal büdcənin gəlirləri təqribən 45 milyard manat, xərcləri isə 48.8 milyard manat proqnoz olunur: "İcmal büdcənin kəsirinin ÜDM-ə nisbəti 2,9%-dir. Makroiqtisadi proqnozlara əsasən 2026-cı ildə qeyri-neft sektoru üzrə ÜDM-in 5.0%-lik real artım tempi proqnozlaşdırılır. Neft-qaz hasilatı istisna olmaqla, ölkə iqtisadiyyatının bütün sahələri artımla proqnoz olunur. Azərbaycan iqtisadiyyatı son illərdə texnoloji modernləşmə və rəqəmsal transformasiya mərhələsinə daxil olub. İqtisadi artımın keyfiyyət göstəriciləri yüksəlmiş, iqtisadi infrastrukturun müasirləşdirilməsi, innovasiya və rəqəmsallaşma əsas prioritetə çevrilib. Ortamüddətli dövrdə iqtisadiyyatımızın aparıcı qüvvəsi qeyri-neft sektoru olacaqdır. Əgər Strategiyanın başlanğıc dövründə 2022-ci ildə ÜDM-nin həcminin 52 faizini qeyri-neft sektoru təşkil edirdisə (2025- 72%), bu nisbət 2029-cu ildə 80 faizi üstələyəcəkdir".
Digər Xəbərlər
24 Yanvar 2026 14:01
Bazar gününə olan hava proqnozu
23 Yanvar 2026 17:15
Ağcabədi heyvan bazarının fəaliyyətinə icazə verildi
23 Yanvar 2026 11:49
Azərbaycanda sürüşmə zonaları aktivləşə bilər
23 Yanvar 2026 11:16
Suriyadan gətirilən ailə sosial xidmət müəssisəsinə yerləşdirildi
23 Yanvar 2026 11:08
Bəzi ərazilərdə velosiped zolaqları ləğv edilsin - TƏKLİF
22 Yanvar 2026 11:54
Güclü qarın yaratdığı fəsadlar aradan qaldırılıb - VİDEO
22 Yanvar 2026 11:26
“Heç kəs ölkədə həmrəy olan cəmiyyəti dağılmış cəmiyyətə çevirə bilməz...”
22 Yanvar 2026 10:48


Bakı -°C

