Böyük toqquşma Suriyada olacaq? - Netanyahudan qalmaqallı açıqlamalar

İsrailin baş naziri Benyamin Netanyahu İsrailin Suriyanın cənubunda işğalının daimi olacağı mesajını verib.
Adalet.az xəbər verir ki, bu barədə Netanyahu çıxış etdiyi televiziya proqramlarından birində danışıb.
Netanyahu Suriyadakı yeni administrasiyanın ölkənin cənubuna nəzarət etməsinə icazə verməyəcəklərini iddia edib:
"Biz yeni rejim qüvvələrinin Dəməşqin cənubundakı əraziyə daxil olmasına icazə verməyəcəyik. Biz Suriyanın cənubunun tam silahsızlaşdırılmasını tələb edirik".
"İran rejimi İsraili boğmağa çalışır" deyən Netanyahu İrana çox ağır zərbələr vurduqlarını da bildirib.
O qeyd edib ki, onlar İranın raket istehsal imkanlarına ziyan vurublar, lakin son məqsədi Tehranın nüvə silahı əldə etməsinin qarşısını almaq olub.
Netanyahu Qəzzada HƏMAS ilə İsrail arasında əldə olunan atəşkəs və əsir mübadiləsi razılaşmasına da toxunaraq, bütün məhbusların geri qaytarılmasını təmin edəcəklərini bildirib. (Publika.az)
Digər Xəbərlər

CNN: Tramp və Si Cinpin Cənubi Koreyada görüşə bilər

Paşinyanın təyyarəsi ilk dəfə Azərbaycan hava məkanından keçib

Tramp Müdafiə Nazirliyinin adını dəyişdi

Bu sammit 16 ildən sonra ABŞ-də keçiriləcək

"İsraillə müharibə ehtimalı çox yüksəkdir" - İran XİN

Rusiya XİN-dən Azərbaycanda saxlanılan vətəndaşları ilə bağlı daha bir AÇIQLAMA

Fələstinlilərin öz yerlərindən köçürülməsinə icazə verməyəcəyik
