Braziliyalı futbolçu həbsxanada televiziya və radio ustasıdır
Braziliya yığmasının keçmiş futbolçusu Robinyo həbsxanada televiziya və radio avadanlıqlarının təmiri ilə məşğul olur.
Adalet.az report-a istinadən xəbər verir ki, sabiq milli üzvü avadanlıqların təmiri ilə yanaşı, həbsxana bağçasına da qulluq edir.
İdmana da vaxt ayıran forvard, həmçinin 10 təlim modulunu uğurla başa vurub. Digər məhbuslarla yaxşı münasibət saxladığı bildirilən Robinyo, oxu klubunun da üzvüdür.
Karyerası ərzində Braziliya millisində 100 oyun keçirən ön xətt oyunçusu, iki dəfə dünya çempionatında iştirak edib, həmçinin Amerika Kubokunu (2007) və Konfederasiyalar Kubokunu (2005 və 2009) qazanıb.
Qeyd edək ki, Robinyo 22 yaşlı qadına təcavüz ittihamı ilə 2024-cü ildə həbs olunub. Ona 9 il müddətinə həbs cəzası verilib.
Digər Xəbərlər
24 Sentyabr 2026 23:25
Anar Ələkbərov Formula 1-də - FOTOLAR
24 Sentyabr 2026 19:42
Formula 1 Azərbaycan Qran-Prisinin ilk günündən FOTOLAR
24 Sentyabr 2026 13:56
Rassel ilk sərbəst yürüşün qalibi oldu
24 Sentyabr 2026 12:35
"Formula 1" üzrə Azərbaycan Qran-prisinə start verilib
24 Sentyabr 2026 10:26
Formula 1 “Sea Breeze”də keçiriləcək?
24 Sentyabr 2026 10:05
Formula 2 yarışı üzrə sərbəst yürüşə start verildi
24 Sentyabr 2026 09:15
Formula 1 onuncu dəfə Bakıda: Azərbaycan Qran-Prisi başlayır
23 Sentyabr 2026 23:45


Bakı -°C

