06 May 2025 10:11
111
İQTİSADİYYAT

“Brent” nefti bahalaşdı

ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində “Brent” neftinin ixracına dair 2025-ci ilin iyul müqaviləsinin dəyəri 1.63% artaraq 1 barelə görə 61.21 ABŞ dolları təşkil edib.

Adalet.az-ın məlumatına görə, Nyu-Yorkun NYMEX əmtəə birjasında bu ilin iyun ayında ixrac etməklə WTI markalı neftin 1 barelinin qiyməti də 1.63% artaraq 58.06 ABŞ dollarına bərabər olub.