Britaniya kəşfiyyatı: Rusiya oğurlanmış ukraynalı uşaqlardan əsgər hazırlayır

Britaniya kəşfiyyatı Rusiyanın Ukrayna uşaqlarını oğurlamaq və zorla köçürməklə bağlı apardığı kampaniyanı araşdırıb.
Adalet.az xəbər verir ki, Böyük Britaniyanın kəşfiyyatı araşdırmaların nəticələrini açıqlayıb.
Britaniya kəşfiyyatının apardığı araşdırmanın nəticələrinə əsasən, Rusiya ələ keçirdiyi Ukrayna ərazisindən oğurlanmış uşaqları 18 yaşı tamam olan kimi dərhal öz ordusuna çağırır.
Verilən məlumata görə, indiyədək 19500-dən çox ukraynalı uşaq məcburi şəkildə ya Rusiya ərazisinə, ya da Krım ərazisinə köçürülüb və bəzi açıq mənbələrə görə, bu rəqəm hətta 35 minə qədər çata bilər.
Britaniya kəşfiyyatının qiymətləndirməsinə əsasən, 6 min ukraynalı uşaq “yenidən tərbiyələndirmə” düşərgələrə yerləşdirilib və onlar yetkinlik yaşına çatdıqda hərbi təlim mərkəzlərinə göndərilirlər.
Britaniya kəşfiyyatı qeyd edir ki, Rusiyanın ali rəhbərliyi oğurlanmış ukraynalı uşaqları həm hazırkı, həm də gələcək ordu heyəti üçün potensial resurs kimi görür.
Qeyd edək ki, bu araşdırmanın elan olunduğu 3 sentyabrda Böyük Britaniya hökuməti ukraynalı uşaqların oğurlanmasında əli olan şəxslərə qarşı sanksiyalar tətbiq edib.
Digər Xəbərlər

Pezeşkian Çin Sədrinin xanımı ilə belə salamlaşdı - VİDEO

Su-25 qırıcısının yaradıcısı vəfat etdi

Tramp onları ABŞ-yə sui-qəsd hazırlamaqda ittiham etdi - Cavab gecikmədi
