"Benfika" - "Qarabağ" matçının biletlərinin qiyməti müəyyənləşib

UEFA Çempionlar Liqasının əsas mərhələsində baş tutacaq "Benfika" (Portuqaliya) - "Qarabağ" matçının biletlərinin qiyməti müəyyənləşib.
Adalet.az xəbər verir ki, bu barədə Portuqaliya təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Sentyabrın 5-də satışa çıxarılacaq biletlərin qiyməti 40-60 avro aralığında dəyişir. VİP biletlərin qiyməti barədə isə məlumat verilməyib.
Qeyd edək ki, "Qarabağ" Portuqliya təmsilçisi ilə UEFA Çempionlar Liqasının I turunda üz-üzə gələcək. Qarşılaşma sentyabrın 16-da, Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.