03 Sentyabr 2025 16:51
83
DÜNYA

Pezeşkian Çin Sədrinin xanımı ilə belə salamlaşdı - VİDEO

Məlum olduğu kimi, bu gün Çinin paytaxtı Pekində genişmiqyaslı hərbi parad keçirilib. Tiananmen meydanında baş tutan tədbiri 20-dən çox dövlət və hökumət başçısı izləyib.

Adalet.az xəbər verir ki, paradı izləyənlər arasında İran Prezidenti Məsud Pezeşkian da olub.

O, tədbirə qızı Zəhra ilə qatılıb. Paradın əvvəlində Çin Sədri Si Cinpin həyat yoldaşı Pen Liyuan ilə qonaqları qarşılayıb.

M.Pezeşkianla qızının qarşılanması isə maraqlı anla yadda qalıb.

Belə ki, S.Cinpinlə əl sıxaraq görüşən M.Pezeşkian dini qaydalara əsasən qadınla əllə görüşməyərək kənardan salamlaşıb. Salamlaşmanın görüntülərindən Liyuanın İran prezidentinin bu addımını anlayışla qarşıladığını görmək mümkündür. 

Həmin görüntüləri təqdim edirik: