Bu avtobusların yolu dəyişdirildi
Paytaxtın Yeni Günəşli qəsəbəsinin İlqar Musayev küçəsində aparılan təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq edilib.
Adalet.az xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi məlumat yayıb.
Məhdudiyyət səbəbindən 20, 55 və 104 nömrəli müntəzəm marşrutların hərəkəti alternativ küçələrlə təşkil olunub.
Dəyişikliyə əsasən:
- 20 nömrəli marşrutun başlanğıc dayanacaq məntəqəsi Yeni Günəşli qəsəbəsinin Surxay Noçuyev küçəsinə dəyişdirilib;
- 55 nömrəli marşrutun son dayanacaq məntəqəsi Qaraçuxur qəsəbəsinin Etibar Bəkirli küçəsinə dəyişdirilib;
- 104 nömrəli marşrutun hərəkəti 52-ci Qaraçuxur və Hatəm Allahverdiyev küçələri, Zığ şosesi və Gəncə prospekti ilə, daha sonra mövcud hərəkət sxemi üzrə təşkil edilib.
Digər Xəbərlər
08 Oktyabr 2026 16:44
Azərbaycanda 923 uşaq övladlığa verilib
08 Oktyabr 2026 13:30
Sabah Bakıda yağış yağacaq
07 Oktyabr 2026 13:46
Ayın 8-də də yağış yağacaq - Proqnoz
07 Oktyabr 2026 13:17
Azərbaycanda ov mövsümü başlayır - Bu tarixdən
07 Oktyabr 2026 11:41
"Bəzi məhsulların qiymətlərinin artması hər birimizi düşündürür" - Komitə sədri
07 Oktyabr 2026 11:31
Yayda dəniz, qışda dəm qazı...
07 Oktyabr 2026 10:55
Ağdamdakı Xıdırlı kənd məktəbinə Ayköl Manasın adı verilib
07 Oktyabr 2026 09:56


Bakı -°C

