Bu cihaz onlarla soyuducu qədər elektrik "yeyir"
Elektrik enerjisinin qiymətinin artması insanları evdə hansı cihazların daha çox enerji sərf etdiyinə diqqət yetirməyə məcbur edir. Mütəxəssislər bildirirlər ki, bəzi məişət cihazları gözlənildiyindən xeyli çox elektrik istifadə edir.
Adalet.az xəbər verir ki, elektrik çaydanı, soyuducu, soba və paltaryuyan maşın evdə daha çox enerji sərf edən cihazlar sırasındadır. Aşağıdakı rəqəmlərin təxmini olduğu qeyd edilir.
Elektrik çaydanı gündə orta hesabla 0,6 kVt/saat enerji sərf edə bilər. Bu isə il ərzində nəzərəçarpacaq xərc yaradır. Soyuducu isə fasiləsiz işlədiyi üçün ümumi enerji sərfiyyatında mühüm paya malikdir. Orta hesabla gündə 0,75 kVt/saat elektrik istifadə edə bilər.
Paltaryuyan maşın gücündən və seçilən proqramdan asılı olaraq bir yuma dövründə təxminən 0,6-1 kVt/saat enerji sərf edir. Lakin ən çox diqqət çəkən cihaz elektrik sobasıdır. Mütəxəssislərin sözlərinə görə, soba işlədiyi anda eyni vaxtda onlarla soyuducunun istifadə etdiyi qədər güc tələb edə bilər. Məsələn, 2500 vatt gücündə olan soba hər gün yarım saat işlədilərsə, il ərzində təxminən 456 kVt/saat elektrik enerjisi sərf edə bilər.
Mətbəxdə yüksək enerji sərf edən digər cihazlardan biri də induksiya plitəsidir. Təxminən 1200 vatt gücündə olan belə plitənin gündəlik istifadəsi də illik elektrik xərclərini əhəmiyyətli dərəcədə artıra bilər.
Ekspertlər qeyd edirlər ki, məişət cihazlarının enerji sərfiyyatı onların modelindən, enerji səmərəliliyi sinfindən, istifadə müddətindən və gündəlik işləmə vaxtından asılı olaraq dəyişir. Bu səbəbdən elektrik xərclərini azaltmaq istəyənlərə cihazlardan ehtiyac olmadığı halda istifadə etməmək, enerji səmərəli modellərə üstünlük vermək və xüsusilə soba kimi yüksək güclü texnikanın işləmə müddətinə nəzarət etmək tövsiyə olunur. (lent.az)
Digər Xəbərlər
22 Noyabr 2026 10:16
Heyvanların hüquqları qorunur, insanların yox!
21 Noyabr 2026 20:40
Ən böyük zərbəni qonşudan aldı...
18 Noyabr 2026 14:01
“PlayStation 5” udmaq istəyirdi, amma “Changan Q07” qazandı - Lotereya qalibi danışdı - VİDEO
18 Noyabr 2026 13:10
Dünya Türk Qəhvəsi Gününü qeyd edin və Hər fincanda Türkiyəni kəşf edin
18 Noyabr 2026 08:31
Marsda sirli buzlaqlar kəşf edildi
17 Noyabr 2026 16:47
Bakıda ilin ən uzun gecəsi olacaq: 14 saatdan çox - Tarix açıqlandı
17 Noyabr 2026 16:35
Telefonla böyüyən uşaqları hansı təhlükələr gözləyir?
17 Noyabr 2026 12:20


Bakı -°C

