Bu dövlət rüsumları ləğv edilir
Müvafiq icra hakimiyyəti orqanı tərəfindən hüquqi və fiziki şəxslərə arxiv arayışlarının, arxiv sənədlərindən çıxarışların, arxiv sənədlərinin təsdiq olunmuş surətlərinin sürətləndirilmiş qaydada verilməsinə görə tutulan dövlət rüsumlarının ləğv edilir.
Adalet.az xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında müzakirəyə çıxarılan “Dövlət rüsumu haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.
Bundan əvvəl hüquqi şəxslərə arxiv arayışlarının, arxiv sənədlərindən çıxarışların, arxiv sənədlərinin təsdiq olunmuş surətlərinin 3 iş günü müddətində verilməsinə görə 20 manat, 5 iş günü müddətində verilməsinə görə 10 manat, fiziki şəxslərə arxiv arayışlarının, arxiv sənədlərindən çıxarışların, arxiv sənədlərinin təsdiq olunmuş surətlərinin 3 iş günü müddətində verilməsinə görə 10 manat, 5 iş günü müddətində verilməsinə görə 5 manat dövlət rüsumu tutulub.
Digər Xəbərlər
21 Mart 2026 00:16
İtaliya Azərbaycanla əlavə qaz tədarükü ilə bağlı danışıqlar aparır
20 Mart 2026 12:05
Son əmək haqqı artımları kimlərə şamil ediləcək?
20 Mart 2026 09:43
“Vaşinqton yenidən Rusiya neftinin alışına qadağa qoyacaq”
20 Mart 2026 09:39


Bakı -°C

