adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
08 Iyun 2022 11:58
993
ƏDƏBİYYAT

Bu əsərlər həbsxanalarda yaradılıb...

Azadlıq bütün dövrlərdə insan üçün ən vacib anlayış olub. İndi də belədir. Əsasən də mənəvi və ruhi azadlıq hər kəs üçün önəmlidir. Daxilən özünü azad hiss etmək ruhi ehtiyaclarımızdan biridir. Bu gün müxtəlif zamanlarda dünyanın ən məhşur rəssamlarının, yazıçılarının, siyasətçilərinin və bu qəbildən olan digər sənət və peşə adamlarının həbsxana həyatında yaratdıqları əsərlər barədə sizə məlumat vermək istərdim. Birinci bəhs edəcəyim əsər dünyaca məhşur İspan ədəbiyyatından Migel de Servantesin ’’Don Kixot’’ əsəridir. Ölkə xəzinəsinin talanması səbəbi ilə həbsə atılan Servantes həbsxanada bu məhşur və əvəzsiz bədii əsərini yaradıb. Yazıçının həbsxana həyatı elə də uzunmüddətli olmayıb. Lakin elə bu həbsxana müddətində yazıçı əsərini tamamlaya bilir.

Daha bir bədii əsərHitlerin müəllifi olduğu ’’Mənim Mübarizəm’’adlı əsəridir. Bu əsərLandsberq həbsxanasında Hitlerin dostu Rudolf Hess tərəfindən qələmə alınıb. Kitab iki cilddədir. Həyatını, siyasi baxışlarının dəyişilməsində rol oynayan təsirlər, yəhudilər haqqındakı ilk fikirləri, müharibə xatirələri bu kitabın əsas mövzusudur.

Öz hekayələri ilə məhşur olan Əsl adı Uilyam Sidney Porter olanHenridir. OTexas banklarının birində kassir işləyib. Lakinfırıldaqçılığa görə polislərdən gizlənsə də, günlərin birində onu tuturlar və üç il həbs cəzası verirlər. Məhz həbsxanada dünya ədəbiyyatının usta hekayəçisi doğulur: Uilyam Sidney Porter dönüb olur O Henri. İlk hekayəsini də burda yazır. Bu əsər“Dika Svistunun doğum günü hədiyyəsi” adlanır.

Daha bir əsər Vladimir Leninin ‘’Rusiyada kapitalizmin inkişafı’’ əsəridir.Lenin bu monoqrafiyaya həbsə düşdüyü vaxt, yəni 1896-cı ildə başlayıb. Böyük lider kitabı 3 ilə tamamlayıb/

’’Quldurlar’’ adlı əsəri ilə məhşurlaşanAmerika yazıçısı Harri Qrey də öz əsərini həbsxanada yazıb.Bu əsərəsasında məşhur “Bir zamanlar Amerikada” filmi çəkilib. Bu avtobioqrafik romanı tək kameralı həbsxanada yazan Harri Qrey real quldurları qələmə aldığını etiraf edib.

Avstraliya yazıçısı Roberts də ‘’’Şantaram’’adlıavtobioqrafik romanındaözünün Hindistandakı həyatından bəhs edib.Kitabın bir hissəsi müəllifin olduğu hind həbsxanasının geniş təsviridir. Məhz o həbsxanada Roberts bu əsəri yazmağa başlayıb. Bu kitab çap olunandan sonra milyon tirajla satılıb.

’’Çiçəklərin Məryəm anası’’ adlı əsəri ilə tanınan yazıçı Jan Qenet də bu əsərini həbsxanada yazıb.1910-cu ildə uşaqlar evinə qoyulan körpə Jan yeddi yaşında zərgər ailəsi tərəfindən övladlığa götürülüb. 10 yaşından oğurluğa başlayan Jan 1926-cı ildə həbs olunub. 3 ay davam edən ilk məhbusluğunu yaşayanda isə o15 yaşında olub.

Buradan bir dahabelə bir qənatə gəlmək olur ki, insan hansı şəraitdə və harda olmasından asılı olmayaraq hər zaman faydalı işlər görmək iqtidarındadır.

Hazırladı :Bünyamin Bünyadzadə