Yunanıstanın Azərbaycandakı səfirinin diplomatik fəaliyyəti başa çatıb
7 noyabr 2025-ci il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Yunanıstan Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Kristo Kapodistrianı ölkəmizdəki diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul edib.
XİN-dən Adalet.az-a verilən xəbərə görə, görüş zamanı nazir Ceyhun Bayramov səfir Kapodistrianın Azərbaycan ilə Yunanıstan arasında ikitərəfli münasibətlərin inkişafındakı xidmətlərini yüksək qiymətləndirərək ona təşəkkür edib və gələcək fəaliyyətində uğurlar arzulayıb.
Səfirlə söhbət zamanı son dövrlər ikitərəfli münasibətlərdəki dinamika müsbət qiymətləndirilib. Bu çərçivədə, 2024-cü ilin noyabr ayında Bakı şəhərində keçirilmiş COP29 Beynəlxalq İqlim Konfransı və eləcə də 2025-ci ilin sentyabr ayında Nyu-York şəhərində BMT Baş Assambleyası çərçivəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə Yunanıstan Respublikasının Baş naziri Kiriakos Mitsotakis arasında keçirilmiş görüşlərin əhəmiyyəti vurğulanıb.
Ölkələrimiz arasında siyasi dialoqun davam etdirilməsinin ikitərəfli əlaqələrin inkişafı baxımından əhəmiyyət kəsb etdiyi qeyd olunub. İqtisadiyyat, ticarət, investisiyalar, enerji, nəqliyyat-tranzit, turizm, təhsil və mədəniyyət sahələrində əməkdaşlığın daha da dərinləşdirilməsi üçün böyük potensialın mövcud olduğu diqqətə çatdırılıb.
Səfir Kristo Kapodistria öz növbəsində Yunanıstanın Azərbaycanda səfiri kimi fəaliyyətini xoş təəssüratlarla xatırlayacağını bildirib, ona fəaliyyətində göstərilən dəstəyə görə təşəkkür edib.
Görüş zamanı həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Digər Xəbərlər
03 Mart 2026 12:41
Ceyhun Bayramov pakistanlı həmkarı ilə danışdı
03 Mart 2026 12:17
Ombudsman Milli Məclisdə illik məruzə ilə çıxış etdi - YENİLƏNİB
03 Mart 2026 12:08
Prezident Avropa Komissiyasının enerji və mənzil siyasəti üzrə komissarını qəbul etdi - FOTOLAR
03 Mart 2026 11:15
İlham Əliyev bolqarıstanlı həmkarını təbrik edib
03 Mart 2026 11:11
İlham Əliyev Bakıda keçirilən iclasda iştirak edir - YENİLƏNİB - VİDEO
03 Mart 2026 11:00
Parlamentin növbəti iclası BAŞLADI
03 Mart 2026 10:34
“Əgər bu müddət ərzində istəyinə nail olmasa, vəziyyət daha da gərginləşəcək...”
03 Mart 2026 10:27


Bakı -°C

