Prezident Avropa Komissiyasının enerji və mənzil siyasəti üzrə komissarını qəbul etdi - FOTOLAR
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 3-də Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 12-ci və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 4-cü iclaslarında iştirak edən Avropa Komissiyasının enerji və mənzil siyasəti üzrə komissarı Dan Yorgensenin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Adalet.az xəbər verir ki, Dan Yorgensen dövlətimizin başçısının Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 12-ci və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 4-cü iclaslarının açılışındakı çıxışının onlarda dərin təəssürat hissi yaratdığını dedi.
Dan Yorgensen bugünkü tədbirin çox mühüm əhəmiyyət daşıdığını qeyd edərək, ölkəmizlə tərəfdaşlığın onlar üçün önəm kəsb etdiyini bildirdi və onu genişləndirməkdə maraqlı olduqlarını vurğuladı. O, həyata keçirilən əməkdaşlığa görə minnətdarlığını bildirdi.
Dövlətimizin başçısı Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Kaya Kallasın və Avropa İttifaqının Genişlənmə üzrə komissarı Marta Kosun ötən il ölkəmizə səfərlərinə toxunaraq, heyətlərimizin fəal işləməsini enerji və bağlılıq məsələlərində əməkdaşlığı dərinləşdirmək üçün hər iki tərəfdə olan iradənin göstəricisi kimi qiymətləndirdi.
Söhbət zamanı Azərbaycanın, xüsusən hazırkı dövrdə Avropanın enerji təhlükəsizliyinə verdiyi töhfəyə toxunuldu, enerji sahəsində ölkəmizin Avropa bazarında ixrac coğrafiyasının genişləndirilməsi və təbii qaz, yaşıl enerji ilə bağlı əməkdaşlığın perspektivlərinə dair məsələlər müzakirə olundu.
Digər Xəbərlər
10 Mart 2026 19:32
Suriya Prezidenti İlham Əliyevə ZƏNG ETDİ
10 Mart 2026 19:31
Niderland İrandakı səfirliyini Tehrandan Azərbaycana köçürdü
10 Mart 2026 19:08
Finlandiya Prezidenti İlham Əliyevə zəng etdi
10 Mart 2026 17:45
İnvestisiya Holdinqinin Müşahidə Şurasının iclası keçirilib
10 Mart 2026 17:37
Ceyhun Bayramov Kolumbiyanın yeni səfirini qəbul etdi
10 Mart 2026 16:57
Trampın Türk əsgəri planı - Səxavət Məmməd yazır
10 Mart 2026 16:14
Deputatlarımız Qazaxıstanda referendumu müşahidə edəcəklər
10 Mart 2026 13:12


Bakı -°C

