23 Fevral 2025 18:30
145
GÜNDƏM

Bu gün avtobuslar saat neçəyə kimi işləyəcək?

Hava şəraitinin kəskin dəyişməsi ilə əlaqədar müxtəlif ərazilərdə avtobusların hərəkətində ciddi çətinliklər yaranıb.

Bu barədə Adalet.az-a Yerüstü Nəqliyyat Agentliyindən məlumat verilib.

Bildirilib ki, bununla əlaqədar olaraq, şəhərdaxili marşrutlar üzrə avtobuslar 21:00-dək fəaliyyət göstərəcək.

Sərnişinlərdən mənzil başına çatmaq üçün qeyd olunan vaxtadək ictimai nəqliyyatdan istifadə etmələri tövsiyə olunur.