XƏBƏRDARLIQ: Bu rayonlara avtobus reysləri təxirə salındı

Ölkə ərazisində müşahidə olunan qeyri-sabit hava şəraiti ilə əlaqədar, Bakı Beynəlxalq Avtovağzal Kompleksindən səfərə çıxan bəzi reyslər təxirə salınıb.
Adalet.az xəbər verir ki, bu barədə Bakı Beynəlxalq Avtovağzal Kompleksi məlumat yayıb.
Bildirilib ki, hərəkətin təhlükəsizliyini təmin etmək məqsədilə 23 fevral 2025-ci il tarixində Naxçıvan Muxtar Respublikasına, cənub və şimal rayonlarına yola düşməli axşam reysləri müvəqqəti dayandırılıb.
Qeyd edək ki, mövcud hava şəraiti diqqətlə izlənilir və sərnişinlər dəyişikliklər barədə məlumatlandıracaq.
Vətəndaşlardan yarana biləcək suallarla bağlı [email protected] elektron poçt ünvanı və ya 1414 Çağrı Mərkəzi ilə əlaqə saxlamaları xahiş olunur.
Digər Xəbərlər

Azərbaycanda ən soyuq hava bu tarixdə olacaq - Bakıda 5-8 dərəcə şaxta olacaq

Azərbaycanın bu bölgəsində 16 dərəcəyədək şaxta qeydə alındı - FAKTİKİ HAVA

Xankəndi uşaqlarının qar sevinci… – FOTOLAR

Bakının bu ərazilərində evlər ucuzlaşacaq

Çevik Polis Alayı qarlı gündə çətin vəziyyətdə olanlara kömək etdi

Şaxtalı hava şəraiti bir neçə gün davam edəcək

Göygöl və Şahdağ milli parkları ağ örpəyə bürünüb - VİDEO
