Azərbaycanın bu bölgəsində 16 dərəcəyədək şaxta qeydə alındı - FAKTİKİ HAVA

Fevralın 23-ü saat 18:00-a olan faktiki hava açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən Adalet.az-a verilən xəbərə görə, fevralın 23-ü saat 18:00-a olan məlumatına əsasən hazırda ölkə ərazisində qarlı və şaxtalı hava şəraiti davam edir.
Belə ki, Bakıda və Abşeron yarımadasında, Kəlbəcər, Laçın, Qubadlı, Ağdamda Naxçıvan, Culfa, Ordubad, Daşkəsən, Gədəbəy, Göygöl, Gəncə, Şəmkir, Şəki, Oğuz, Qəbələ, Şamaxı, Qobustan, Altıağac, Quba, Qrız, Xaltan, Şabran, Şahdağ, Bərdə, Mingəçevir, Göyçay, Zərdab, Beyləqan, İmişli, Kürdəmir, Sabirabad, Cəfərxan, Neftçala, Biləsuvar, Yardımlı, Lerik, Lənkəran, Astarada qar yağır.
Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 3, Aran rayonlarında 1, Naxçıvan MR-da 4, dağlıq rayonlarda 11, yüksək dağlıq ərazilərdə 16 dərəcəyədək şaxta qeydə alınıb.
Digər Xəbərlər

Azərbaycanda ən soyuq hava bu tarixdə olacaq - Bakıda 5-8 dərəcə şaxta olacaq

XƏBƏRDARLIQ: Bu rayonlara avtobus reysləri təxirə salındı

Xankəndi uşaqlarının qar sevinci… – FOTOLAR

Bakının bu ərazilərində evlər ucuzlaşacaq

Çevik Polis Alayı qarlı gündə çətin vəziyyətdə olanlara kömək etdi

Şaxtalı hava şəraiti bir neçə gün davam edəcək

Göygöl və Şahdağ milli parkları ağ örpəyə bürünüb - VİDEO
