Yol polisi hava şəraitinə görə sürücüləri diqqətli olmağa çağırıb

Yol-patrul xidmətinin müşayiəti ilə aidiyyəti qurumlar tərəfindən avtomagistrallara duz-qum qarışığı səpilib qardan təmizlənməsinə baxmayaraq, küləklə sovrulan qarın qısa zamanda yenidən yolun hərəkət hissəsini tutması sürücülərdə çaşqınlıq yarada bilər.
Daxili İşlər Nazirliyindən Adalet.az-a bildirilib ki, yolun qardan təmizləndiyinə güvənən sürücü bir qədər sürət yığdıqdan sonra anidən qar və ya buzla örtülü yol sahəsinə çıxdıqda təbii olaraq təlaş hissi keçirir ki, bu da instinktiv olaraq kəskin tormozlamaya və avtomobilin sürüşməsinə səbəb olur.
Baş Dövlət Yol Polisi İdarəsi gecə saatlarında yolların buz bağladığını da nəzərə alaraq, qeyd olunan xüsusları diqqətdə saxlamağı, zərurət yaranmadıqca şəxsi avtomobildən istifadə etməməyi xahiş edir.
Digər Xəbərlər

DİN: Polis gücləndirilmiş rejimdə çalışır - FOTO/VİDEO

Bu gün avtobuslar saat neçəyə kimi işləyəcək?

Ağ örpəyə bürünmüş Laçının dron FOTOLARI

Metropolitendən qarlı hava ilə bağlı AÇIQLAMA

Qarlı hava nə vaxtadək davam edəcək?

DİN hava şəraiti ilə bağlı xəbərdarlıq edir - FOTOLAR

"Görünməyənlər qabağa keçsinlər" - Prezidentin fabrik işçiləri ilə səmimi söhbəti - VİDEO
