Bu gün İlaxır çərşənbədir
Bu gün Azərbaycanda Novruz bayramının sonuncu, yəni İlaxır çərşənbəsi qeyd olunur.
Adalet.az xəbər verir ki, sonuncu çərşənbəyə həm də Torpaq çərşənbəsi deyilir. Bölgələrdə isə sonuncu çərşənbə olduğu üçün İlaxır çərşənbə kimi də tanınır.
Torpaq çərşənbəsinin sonuncu qeyd olunmasının səbəbi belə yozulur ki, birinci su, sonra od oyanaraq təbiəti isidir. Daha sonra külək əsir, hava təzələnir. Beləliklə, su, od və yel birlikdə ümumilikdə torpağın oyanmasına gətirib çıxarır. Torpaq da oyanandan sonra təbiət oyanmağa başlayır – ağaclar çiçək açır, yaşıllıqlar yaranır və torpaq əkinçilər üçün istifadəyə tam hazır olur.
Azərbaycanın bəzi bölgələrində sonuncu çərşənbə Novruz bayramından daha geniş qeyd olunur. Qızlar qapı pusmağa, qulaq fallarına çıxırlar. Uşaqlar qapı-qapı düşüb papaq atır, gizlənirlər. Bunun da xüsusi mənası var. Ev sahibi papağı şirniyyatla, qoz-fındıqla doldurur. Bu, dünyadan köçən ev əhlinə verilən payın nişanəsi kimi başa düşülür.
Çərşənbələrdə yumurtaların rəngbərəng boyanması fəsillərə işarədir. Ağ rəng qışın, sarı rəng payızın, qırmızı rəng yayın, yaşıl rəng isə yazın rəmzidir.
Qeyd edək ki, Azərbaycana yaz fəsli martın 20-si Bakı vaxtı ilə saat 18:45:53-də daxil olacaq. Martın 20-21-i isə Azərbaycanda Novruz bayramı qeyd olunur.
Digər Xəbərlər
17 Mart 2026 10:14
Doğma yurda qayıdışın sevinc sədaları: Azad edilmiş ərazilərdə növbəti fləşmob keçirilib
17 Mart 2026 09:00
DİN və FHN vətəndaşlara birgə müraciət etdi - VİDEO
16 Mart 2026 13:46
Azərbaycanda bu halda valideynlər daha tez pensiyaya çıxa bilər
16 Mart 2026 12:51


Bakı -°C

