29 Mart 2021 13:52
21207
MƏMLƏKƏT

Bu gün Kəramətə hörmətim birə beş artdı - Rauf Qərib Alagöz yazır

Biri video atıb ki, "bax, bəyənmədiyin Kəramət necə gözəl pianoda ifa edir. Əsl sənətkar ruhlu" zırt pırt. Tərifin ardı arası kəsilmir.

Açıb videoya baxıram, hansısa mahnını qoyub, mahnının səsi ordan gəlir, bu da piano arxasında yellənir, camaat da onu tərifləyir, bu ifadan sonra onu yenidən kəşf etdiklərini, hörmətlərinin birə beş artığını yazırlar.

Gələk mənim ona olan hörmətimin artma məsələsinə.

Bu qədər cahil, savadsız, küyə gedən şou və yalanlara inanan kütləni ətrafına toplamaq hər adamın işi deyil.

HALAL OLSUN