“Azərsun Holdinq” Beynəlxalq Yer Günü ilə bağlı təmizlik aksiyası keçirdi - FOTO
“Azərsun Holdinq”in nəzdində fəaliyyət göstərən Lənkəran Konserv Zavodu sosial məsuliyyət prinsiplərinə sadiq qalaraq təmizlik aksiyası keçirib.
Adalet.az xəbər verir ki, 22 Aprel – Beynəlxalq Yer Günü münasibətilə ətraf mühitin qorunması naminə Xəzər dənizinin Lənkəran şəhəri sahil zolağı tullantılardan təmizlənib. Aksiyada təxminən 2,000 kvadrat metr ərazi məişət tullantılarından tamamilə təmizlənərək, sahilin ekoloji tarazlığına mühüm töhfə verildi. Toplanan tullantılar, ətraf mühitə zərər verməməsi üçün standartlara uyğun şəkildə bərk məişət tullantıları poliqonuna daşınıb və təhlükəsiz utilizasiya olunub.
Bu təşəbbüs, Lənkəran Konserv Zavodunun yalnız yüksək keyfiyyətli məhsullar istehsal etməklə kifayətlənmədiyini, həm də regionun ekoloji sabitliyinə və sosial rifahına töhfə verməyənin sübutudur. Zavod, bu cür təşəbbüslər vasitəsilə həm ətraf mühitin qorunmasında, həm də gələcək nəsillərə təmiz və sağlam bir dünya qalmasında önəmli rol oynayır.
Bu layihə, “Azərsun Holdinq”in dayanıqlı inkişaf prinsipləri çərçivəsində həyata keçirdiyi layihələrdəndir. Şirkət, ölkə daxilində və beynəlxalq miqyasda ekoloji layihələrə dəstək olaraq təbiətin qorunmasına və gələcək nəsillərin sağlam mühitdə yaşamasına yardım edir. Eyni zamanda istehsal sahələrində ətraf mühitin qorunması, tullantıların azaldılması və enerji səmərəliliyinin artırılması istiqamətində də mütəmadi olaraq addımlar atır.
Digər Xəbərlər
10 Sentyabr 2026 09:18
25 ailə doğma yurduna qayıdır
09 Sentyabr 2026 16:58
“Subsidiyaya əsl dəstəyə ehtiyacı olanlar 20, 30, 50 baş heyvan saxlayan kəndlilərdir”
09 Sentyabr 2026 12:53
Bakının hansı rayonunda daha çox insan yaşayır?
09 Sentyabr 2026 10:39


Bakı -°C

