“Bəs biz neçə tədris ili irəlidəyik?”
“PISA 2018-də sosial-iqtisadi cəhətdən üstün şagirdlər oxuma-anlamada imkansız təbəqənin şagirdlərini 89 bal üstələyiblər. Doqquz il əvvəl, PISA 2009-da sosial-iqtisadi vəziyyətlə bağlı bu fərq 87 bal olub. PİSA -2009- da Almaniya 15 yaşlı uşaqların oxu üzrə kompetensiyasına görə irəlidə olan ölkələrdən 45-60 punkt geridə qalıb. Bu iki məktəb ilinin fərqi qədərdir. Riyaziyyatda da vəziyyət oxşardır: 40-45 punkt geriləmə var”.
Adalet.az xəbər verir ki, bunu təhsil eksperti Etibar Əliyev deyib.
Onun sözlərinə görə, bu isə 1,5 tədris ili geriləmə deməkdir:
“Alman iqtisadçısı Tino Sarrasin yazır: "Şanxayda doğulmuş, Leverküzendə 14 min əməkdaşın çalışdığı Lanxess AG konserninin rəhbəri Lyu geriləmənin səbəblərini belə izah edir. Onun uşaqları Almaniyada ən yaxşı gimnasiyalardan birində təhsil alır. Bacısının həmyaşıd uşaqları isə Şanxayda oxuyurlar. Bu uşaqlar arasında riyaziyyat və təbiət elmlərinin mənimsənilməsinə qoyulan tələb kəskin fərqlənir. Bu fərqləri görəndə o, Almaniyanın gələcək taleyi barədə dəhşətə gəlir. Tədbirlərin birində o mənə dedi ki, 6 həftəlik tətildə onun uşaqlarına ev tapşırıqları verilmir. Bacısının uşaqları isə 40 günlük tətildə ev tapşırıqları ilə məşğul olurlar.” Yaxşı nümunədir…Almaniya iqtisadi cəhətdən geridə qalan ölkədir? Yoxsa vətəndaşları kasıbdır? PİSA testləri onu deməyə əsas verir ki, 25 punkt geriləmə təxminən 1 tədris ilinin bilikləri qədər geriləmədir. Bəs biz neçə tədris ili irəlidəyik?”.
Vasif ƏLİHÜSEYN
Digər Xəbərlər
10 Sentyabr 2026 09:43
Universitetlərimizin tələbə coğrafiyası 120-yə yaxın ölkəni əhatə edib
09 Sentyabr 2026 17:00
Özəl bağçalara uşaqların qeydiyyatı başlayır
09 Sentyabr 2026 13:23
“Şəhərsalma və Memarlıq: Gələcəyə Baxış” mövzusunda tədbir keçirilib
08 Sentyabr 2026 13:32
Azərbaycandan Gürcüstana 22 mindən çox dərslik göndərilib
08 Sentyabr 2026 12:08
"Mən bunu tək dəyişə bilmərəm" - Emin Əmrullayev
08 Sentyabr 2026 12:07
Riyazi savadlılıq üzrə Bakı neçənci yerdədir? - Nazir açıqladı
08 Sentyabr 2026 11:12
"Azersun Holding" markaları uşaqları "Yenidən məktəbə" festivalına dəvət edir
08 Sentyabr 2026 09:37


Bakı -°C

