Bu gündən heyvan bazarları müvəqqəti BAĞLANIR

Bu gündən etibarən Azərbaycan üzrə fəaliyyət göstərən heyvan bazarları müvəqqəti bağlanır.
Adalet.az xəbər verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat yayıb.
Bildirilib ki, müxtəlif ölkələrdə heyvanlar arasında xüsusi təhlükəli yoluxucu xəstəliklərin yayılması müşahidə olunur və bu, region ölkələri, o cümlədən Azərbaycan üçün real risk yaradır.
Qərara əsasən, bu gündən heyvan bazarlarında dezinfeksiya, dezinseksiya və deratizasiya işləri aparılacaq. Tədbirlər başa çatdıqdan sonra bazarların fəaliyyəti mərhələli şəkildə bərpa olunacaq.
Bu prosesdə yerli icra hakimiyyətləri və polis orqanları da nəzarəti təmin edəcəklər.
Qeyd edək ki, bir müddətdir ölkənin müxtəlif bölgələrində mal-qara arasında dabaq xəstəliyinin yayılması müşahidə olunur.
Digər Xəbərlər
25 Oktyabr 2025 10:56 Bakının bəzi hissələrində tut ağaclarını qurd basıb
25 Oktyabr 2025 09:54 Paytaxtda Zəfər konserti və atəşfəşanlıq olacaq
25 Oktyabr 2025 00:00 Bu gün Qubadlının günüdür - şəhərin azad edilməsindən 5 il ötür
24 Oktyabr 2025 18:56 Oturacaqlar niyə yığışdırıb?
24 Oktyabr 2025 16:41 Xəzər sahilinə qonmuş İtaliya: Bakının “Kiçik Venesiya” şəhərciyi
24 Oktyabr 2025 16:15 Camaat ət almaqdan ehtiyat edir...
24 Oktyabr 2025 11:50 Seyidbəyli kəndinə növbəti köç karvanı yola salınıb
24 Oktyabr 2025 11:11 

Bakı -°C 






