TÜRKPA Baş katibi Cevdet Yılmaz və Dövlet Baxçalı ilə görüşüb
TÜRKPA Baş katibi Ramil Həsən Ankarada Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz və Türkiyə Böyük Millət Məclisinin üzvü, Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlet Baxçalı ilə görüşüb.
Adalet.az xəbər verir ki, Ramil Həsən vitse-prezidentə Parlament Assambleyasının fəaliyətinə dair məlumat verib və TÜRKPA-nın gündəliyində duran məsələlərlə bağlı fikirlərini bölüşüb.
Həmçinin parlament dialoqunun gücləndirilməsinə, qanunvericilik koordinasiyasının təşviqinə və türk dövlətləri arasında həmrəyliyin gücləndirilməsinə yönəlmiş hazırkı təşəbbüsləri və gələcək layihələri vurğulayıb.
Müzakirələr zamanı həmçinin qardaşlıq münasibətlərinin genişləndirilməsi və türk dünyasında daha güclü tərəfdaşlığın təşviqi məqsədilə gələcək təşəbbüslər müzakirə olunub.
Baş katib, həmçinin MHP sədri Dövlet Baxçalıya Parlament Assambleyasının fəaliyyəti, hazırki təşəbbüslər və üzv parlamentlər arasında daha sıx əməkdaşlığın təmin olunmasına yönəlmiş gələcək tədbirlər barədə məlumat verib.
Dövlet Baxçalı TÜRKPA-nın fəaliyyətinin və institusional potensialının daha da inkişaf etdirilməsinə tam dəstək nümayiş etdirib.
Görüş zamanı tərəflər dövlətlər arasında parlamentlərarası əməkdaşlığın gücləndirilməsi və TÜRKPA-nın türk dünyasında həmrəylik və ortaq dəyərlərin təşviqi platforması kimi rolunun artırılması məsələlərini müzakirə ediblər.
Digər Xəbərlər
13 Oktyabr 2026 20:00
Laos Prezidenti Milli Məclisdə olub - FOTOLAR
13 Oktyabr 2026 19:29
Mirziyoyev Bakıda AQEM sammitində iştirak edəcək
13 Oktyabr 2026 19:00
Niderlandın XİN rəhbəri Azərbaycana gələcək
13 Oktyabr 2026 18:12
Prezidentin sosial şəbəkə hesablarında həmkarının səfəri ilə bağlı video paylaşıldı
13 Oktyabr 2026 18:06
Milli Məclisdə bu məsələlər müzakirə ediləcək
13 Oktyabr 2026 17:26
Sadır Japarov sabah Azərbaycana səfər edəcək
13 Oktyabr 2026 17:10
Qara və Azov dənizlərində gəmilərdə işləməkdən çəkinin - XİN-dən çağırış
13 Oktyabr 2026 17:02


Bakı -°C

