"Uşaqları ağladıb videoya çəkib, alətə çevirməyin"
Müğənni Nura Suri uşaqların manipulyasiya vasitəsinə çevrilməsinə etiraz edib.
Adalet.az xəbər verir ki, sənətçi bununla bağlı sosial şəbəkədə yazıb. O, uşaqların danışdırılaraq, ağladılaraq videoya çəkilməsini və təxribat xarakterli suallarla sarsıdılmasını tənqid edib:
“Kişilərin qız uşaqlarını manipulyasiya alətinə çevirməsi çox pis təsir bağışlayır. Uşaqları danışdırıb, ağladıb videoya çəkərək paylaşırlar. Təxribat xarakterli suallar verib onları sarsıdırlar, travma yaşadırlar. Uşaqları alətə çevirməyin. Öz sözlərinizi onların dilindən səsləndirməyin. Övladlarınızı necə tərbiyə etdiyinizə qarışmaq haqqımız yoxdur. Amma uşaqlardan istifadə edib onlara travma yaşatdığınız zaman bu, yalnız sizin şəxsi məsələniz olaraq qalmır. Belə davranışınızla insanların sərt reaksiyasına və həmin uşaqları qorumaq üçün müdaxilə etməsinə özünüz əsas yaradırsınız".
Digər Xəbərlər
14 Oktyabr 2026 07:16
Anasının dəfninə getməyib “TikTok”da sərvət qazanmışdı - Səbəbini açıqladı
13 Oktyabr 2026 18:10
“Bu gün verilən qərarlara görə bir neçə il sonra təşəkkür edəcəksiniz”
13 Oktyabr 2026 13:45
Niyam Salami: “Doğulduğum kənddə avtobus xətti yoxdur”
13 Oktyabr 2026 09:23


Bakı -°C

