Niyam Salami: “Doğulduğum kənddə avtobus xətti yoxdur”
Müğənni Niyam Salami aidiyyatı qurumlara səslənib.
Adalet.az bildirir ki, o, doğulduğu kənddə ictimai nəqliyyatın azlığından danışıb:
“Masallı rayonunun Ərçivan kəndində doğulub, yaşamışam. O kənd böyük kənddir. O qədər böyükdür ki, qəsəbə və məhələlərə bölünüblər. Hətta həmin kəndin dörd orta məktəbi var.
Müasir dövrdə yaşamağımıza baxmayaraq, hələ də o kəndə avtobuslar işləmir. Kəndin cammatı kəndə gəlmək üçün 5 km yol gedirlər. Kənd çox böyükdür. Kifayət qədər yaşayış var orda. Ancaq ictimai nəqliyyat sistemi yoxdur. Orda yaşayan qadınlar, qızlar bazara, şəhərə necə getsinlər? Bazara, şəhərə getmək üçün piyada 4-5 km yol gəlməlidir ki, dayanacağa çatsın.
Axı hər kəsin maşını yoxdur. Axı hamı taksi ilə gedib-gələcək qədər imkanlı deyil.
Çox arzulayardım ki, həmin kəndin o məhlələrinə avtobus xətti açılsın”.
Əntiqə
Digər Xəbərlər
14 Noyabr 2026 23:51
Çağla Şıkel 11 saat qaranlıq qutuda qaldı
14 Noyabr 2026 23:31
Pərvin Abıyeva: “4 ildir bu xəstəliyə görə kökəlmirəm“
14 Noyabr 2026 20:41
“Sevgi naminə arzusundan keçən qadının psixoloji problemi var” - Ayan Babakişiyeva
14 Noyabr 2026 15:36


Bakı -°C

