Bu gün”Qoçu Əsgər”in doğum günüdür: Möhsün Sənani- 122
Azərbaycan xalq artisti, səhnəmizin görkəmli və məşhur artistlərindən biri Möhsün Sənaninin ad günüdür.
Adalet.az xəbər verir ki, düz 122 il əvvəl Tiflisin “Şeytanbazar” məhəlləsində ruhani ailəsində anadan olub.
4-5 yaşında ikən ata-anasını itirib, nənəsinin himayəsində qalıb. 1906-cı ildə nənəsi Möhsünü mədrəsəyə qoyur. Nənəsinin məqsədi Möhsünü mollalığa hazırlamaq və gələcəkdə onu atası kimi mərsiyəxan eləmək idi. Lakin Möhsün nə mədrəsəni oxuyub başa çatdıra bilir, nə də ki, nənəsinin arzusu yerinə yetir. 1908-ci ildə nənəsi vəfat edir, xalası molla Zinyət onu öz himayəsinə götürür. Molla Zinyət respublikanın Xalq artisti Əli Qurbanovun anasıdır.
Möhsün Sənani 1921-ci ildə Bakıya köçdükdən sonra aktyorluq arzusunu həyata keçirir .Onun “Səbuhi” (“Vano”), “O olmasın, bu olsun” (“Qoçu Əsgər”), “Sehrli xalat” (Möhsün Ağayev”), "Dağlarda döyüş" (Qəmbər) filmlərində yaddaqalan rolları var.
Yeri gəlmişkən, "Dağlarda döyüş"filmindəki Qəmbər obrazı Möhsün Sənaninin ən çox sevdiyim roludur! Ona baxanda anamın atası yəni mənim Kamil babam yadıma dusur. Geyimi ilə, üzdən oxşarlığı ilə , at belində duruşu, amiraniliyi, qaslarini çatması belə babamı xatırladır! Eyni zamanda mərdanəliyi, qətiyyəti, sözünün ağası olması eynilə babamdı.
M. Sənaninin Qoçu Əsgər rolu isə təbəssümsüz baxılması mümkün olmayan komik obrazlardan biridir. O olmasın bu olsun- filminin sevilməsində əsas rollardan biri də Möhsün Sənani istedadının tohvəsidir..Düşünürəm ki, nə yaxşı 1900-cu ilin bu günü bir Möhsün doğulub, nə yaxşı Azərbaycan incəsənətində Möhsün Sənani kimi bir imza qoyub! Bir sözlə, nə yaxşı doğulub, var olub!
Son olaraq, sevimli aktyor 11 fevral 1981-ci ildə Bakıda vəfat edib.
Əntiqə Rəşid
Digər Xəbərlər
31 Dekabr 2025 09:33
Afaq Bəşirqızı: Atam dedi ki, səni öldürüb sonra öləcəyəm - VİDEO
30 Dekabr 2025 17:22
Əcəmi Naxçıvaninin 900 illiyi qeyd olunacaq
29 Dekabr 2025 14:09
"SOLMAYASAN" - VİDEO
26 Dekabr 2025 19:50
“Nadir fauna növləri” adlı yeni nəsil sikkə və xalça kolleksiyaları təqdim edilib - FOTOLAR
26 Dekabr 2025 12:28
2-ci APFM AWARDS mükafatlandırma mərasimi keçirilib - FOTOLAR
23 Dekabr 2025 13:46
Şüvəlanda Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramına həsr olunmuş konsert keçirilib
23 Dekabr 2025 13:36
Təqaüdçü aktyorlar niyə diqqətdən kənar qalıb?- SORĞU
20 Dekabr 2025 18:55


Bakı -°C

