adalet.az header logo
  • Bakı -°C
10 Mart 2026 09:00
91
DÜNYA
A- A+

"Bu halda İrana daha güclü zərbə endirəcəyik" - Tramp

ABŞ Prezidenti Donald Tramp bildirib ki, Tehran Hörmüz boğazından neft tədarükünü dayandırarsa, ABŞ İrana əvvəlkindən 20 dəfə güclü zərbə endirəcək.

Adalet.az xəbər verir ki, o, bu barədə özünün "Truth Social" sosial media səhifəsində yazıb. 

Ağ Ev rəhbəri qeyd edib ki, "Əgər İran Hörmüz boğazından neft axınını dayandıracaq tədbirlər görərsə, ABŞ əvvəlkindən iyirmi dəfə daha güclü zərbə endirəcək. Bundan əlavə, bəzi hədəflər məhv ediləcək və bu da İranın bir millət kimi bərpasını faktiki olaraq qeyri-mümkün edəcək".

O, bunu ABŞ-nin Çinə və Hörmüz boğazından fəal şəkildə istifadə edən digər ölkələrə "hədiyyəsi" adlandırıb.