Bu halda pensiyalar sürətlə arta bilər
Qeyri-dövlət (özəl) pensiya fondlarının yaradılması ilə bağlı 20-dən çox normativ hüquqi akt layihəsi hazırlanır. Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi açıqlama yayıb. Bəs, özəl pensiya fondlarının yaradılması vətəndaşlara nə vəd edir?
Adalet.az-ın məlumatına görə, deputat Vüqar Bayramov bununla bağlı bildirib ki, əksər inkişaf etmiş dövlətlərdə vətəndaşlar özəl pensiya fondlarından çox sıx şəkildə istifadə edirlər.
Onun sözlərinə görə, özəl pensiya fondu imkan verir ki, vətəndaşlar pensiya yaşına çatdıqda yalnız dövlətdən deyil, özəl fonddan da pensiya ala bilsin: "Bu da təbii ki, pensiya məbləğinin artmasına gətirib çıxarır. Oxşar praktikanın Azərbaycanda tətbiq edilməsi məqsədəuyğundur. Özəl pensiya fondu yaradılarsa, vətəndaş pensiyaya çıxan zaman əgər onun pensiya məbləği 500 manatdırsa, özəl pensiya fonduna ödədiyi ödənişlər nəticəsində əlavə olaraq məsələn, 300 manat almaq imkanı qazanacaq. Təbii ki, özəl fonddan ödənilən pensiya məbləği birbaşa yığımlardan asılı olacaq. Bu zaman daha çox yığım daha çox pensiya məbləği demək olacaq.
Bununla yanaşı, özəl pensiya fondunun etibarlılığı çox önəmlidir. Çünki belə pensiya fondları yaranarsa, vəsaitlər manatla yığılacaq və onun idarə edilməsi həyata keçiriləcək. Ona görə burada ilkin kapitalın formalaşdırılması, etibarlılığın artırılması önəm daşıyır. Bu baxımdan, özəl pensiya fondları yaradıldıqdan sonra orada yığılan vəsaitlərin indeksasiyasının həyata keçirilməsi və valyuta risklərinin sığortalanması məqsədəuyğun olardı. Ona görə də mexanizmin daha təkmil şəkildə hazırlanıb təqdim edilməsi vacibdir".
Qeyd edək ki, pensiya təminatının özəl fondlar vasitəsilə həyata keçirilməsi dünyada geniş yayılan bir praktikadır. Hazırda Almaniya, Böyük Britaniya, İrlandiya, Türkiyə və s. ölkələrdə belə fondlar fəaliyyət göstərir.
Digər Xəbərlər
18 Mart 2026 17:28
Azərbaycanın xarici dövlət borcu azalıb
18 Mart 2026 16:47
Azərbaycan əhalisinin gəlirləri artıb
18 Mart 2026 15:26
Nağd pulla ev alanlara bu qədər ƏDV qayıdıb
17 Mart 2026 17:45
ABŞ-dən Azərbaycana və əks istiqamətə pul köçürmələri artıb
17 Mart 2026 17:30
Vəfat edən şəxsin pensiya kapitalı vərəsəyə verilsin - TƏKLİF
17 Mart 2026 15:59
“AzerGold”un cari il üzrə Rəqəmsal Fəaliyyət planı təsdiq edilib
17 Mart 2026 13:01
Dövlət satınalmalarında şəffaflığın gücləndirilməsi təklif edilir
17 Mart 2026 10:00


Bakı -°C

