Bu hərbçilərə dövlət hesabına mənzillər təqdim olunub
Azərbaycan Ordusunda 20 il qüsursuz xidmət etmiş hərbçilərə dövlət hesabına mənzillər təqdim olunub.
Adalet.az xəbər verir ki, Ulu öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü münasibətilə 20 il qüsursuz xidmət etmiş hərbçilərə Sumqayıtda 59 mənzil təqdim olunub.
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin müvafiq Fərmanına əsasən, Azərbaycan Ordusunda 20 il qüsursuz xidmət etmiş hərbi qulluqçulara dövlət hesabına daimi mənzillərin verilməsi prosesi davam etdirilir.Bu proses hərbi qulluqçuların sosial rifahının yüksəldilməsinə yönəlib.
Qeyd edək ki, Hər il Maliyyə Nazirliyinin ayırdığı vəsait hesabına mənzillər alınır və hərbçilərə təqdim olunur. Qanunvericiliyə uyğun şəkildə püşkatma yolu ilə və növbəlilik prinsipi əsasında təqdim edilən bu mənzillərin rəsmiləşdirilməsi də dövlət tərəfindən təşkil olunub və artıq çıxarışlar sahiblərinə təqdim edilir.
Müdafiə Nazirliyinin nümayəndələri bildiriblər ki, bu təşəbbüs Azərbaycan Ordusunun və dövlətin hərbi qulluqçularına göstərdiyi diqqət və qayğının bariz nümunəsidir.
Digər Xəbərlər
19 Iyun 2026 13:32
Azərbaycanda PUA-larla bağlı qanuna dəyişiklik edilir
19 Iyun 2026 12:42
Azərbaycan vətəndaşları 22 ölkəyə vizasız gedib-gələ bilər
19 Iyun 2026 12:22
"İnsanlarda media savadlılığını artırmaq lazımdır" - Deputat
19 Iyun 2026 11:36
Prezidentin Naxçıvandakı səlahiyyətli nümayəndəliyinə yeni status verilib
19 Iyun 2026 11:14
“AzerGold” QSC-də Qvineya Respublikasının planlaşdırma, beynəlxalq əməkdaşlıq və inkişaf naziri ilə görüş keçirilib
19 Iyun 2026 10:13
Xankəndiyə qayıdırlar
18 Iyun 2026 22:45
Bakı–Naxçıvan reysləri ləğv edildi - SƏBƏB
18 Iyun 2026 16:54


Bakı -°C

