Bu il BMU-ya qəbul olanların 52 nəfəri 600-700 bal arasında nəticə göstərib
Bu il Bakı Mühəndislik Universitetinə (BMU) bakalavriat səviyyəsi üzrə qəbul olan abituriyentlərin 265 nəfəri 500-dən yuxarı, 52 nəfəri isə 600-700 bal arasında nəticə göstərib.
Adalet.az xəbər verir ki, 600-dən yuxarı bal toplayaraq BMU tələbəsi adını qazananların hamısı dövlət sifarişi əsasında ingilis dili bölməsində təhsil alacaq. Yüksək nəticə əldə edən tələbələrin 24-ü informasiya təhlükəsizliyi, 12-si kimya mühəndisliyi, 11-i informasiya texnologiyaları, digərləri isə kompüter mühəndisliyi, riyaziyyat və kompüter elmləri ixtisaslarında təhsil almağa üstünlük verib. Onlar haqqında ətraflı məlumatı qeyd olunan link vasitəsilə əldə etmək mümkündür: https://beu.edu.az/az/high_scoring_student/2024
Qeyd edək ki, bu il BMU-nun bakalavriat səviyyəsinə 36 ixtisas üzrə qəbul həyata keçirilib, iki dəfə artan qəbul planı əsasında Azərbaycan bölməsi (əyani) üçün 1540, qiyabi təhsil forması üzrə 220, ingilis bölməsi (əyani) üzrə 525 yer ayrılıb və qəbul planı 95 faiz dolub.
Digər Xəbərlər
21 Sentyabr 2026 13:08
Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR
21 Sentyabr 2026 07:14
Tələbələri təhdid edən şəxs yenidən universitetə bərpa olunacaq?
18 Sentyabr 2026 15:37
Azərbaycan Universitetində Dövlət Suverenliyi Gününə həsr olunmuş tədbir
18 Sentyabr 2026 10:24
Lənkəran Dövlət Universiteti və Lənkəran Dövlət Peşə Təhsil Mərkəzi birgə kadr hazırlığına başladı
16 Sentyabr 2026 17:50
Türkiyə-Azərbaycan Universitetində Bilik Günü qeyd olundu
16 Sentyabr 2026 11:05
Nazir ƏMR İMZALADI: Yeni dərs ilində...
16 Sentyabr 2026 10:20
“Birinci sinfə gələn uşağın artıq illərlə formalaşmış dil təcrübəsi var”
15 Sentyabr 2026 16:20


Bakı -°C

