adalet.az header logo
  • Bakı -°C
04 May 2026 21:45
226
HADİSƏ
A- A+

Bu körpənin valideynləri AXTARILIR

Bakıda itkin düşmüş körpə tapılıb. 

Adalet.az xəbər verir ki, bu barədə "Azərbaycan Uşaqları" İctimai Birliyinin sədri Kəmalə Ağazadə məlumat paylaşıb.

O bildirib ki, körpənin təxminən 2 yaşı var. O, bu gün DİN-in Mehtiabad Polis bölməsi tərəfindən Goradil qəbirstanlığının Fatimeyi Zəhra Məscidinin yanında yatmış vəziyyətdə tapılıb və sığınacağa gətirilib.

Hazırda polis uşağın valideynlərini axtarır.