adalet.az header logo
  • Bakı -°C
18 Iyun 2026 11:32
66
HADİSƏ
A- A+

43 yaşlı kişi küçədə qəfil vəfat etdi

Bakının Xətai rayonunda küçədə ölüm hadisəsi baş verib.

Adalet.az xəbər verir ki, hadisə Nəsirəddin Tusi küçəsində qeydə alınıb. Bakı şəhər sakini, 1982-ci il təvəllüdlü Ramin Şahməmməd oğlu Teymurşahovun səhhəti qəfil pisləşib.

O, ətrafdakıların kömək göstərməsinə baxmayaraq hadisə yerində həyatını itirib.

Hadisənin dəqiq səbəblərinin müəyyənləşdirilməsi üçün araşdırma aparılır.